Qadin.NET / 5 gündə 5 kiloqram arıqlayın

5 gündə 5 kiloqram arıqlayın

Bu pəhrizə əməl etməklə 5 gündə 5 kiloqram arıqlamaq mümkündür.

5 gündə 5 kiloqram arıqlayın

Pəhrizin 1-ci günü 

Pəhrizin 1-ci günündə səhər, günorta və axşam yalnız qaynadılmış kartof yeyə bilərsiniz. Bunun xaricində başqa şey yemək qadağandır. İstədiyiniz qədər kartof yeyə bilərsiniz, sərhədi yoxdur. Yediyiniz kartofu ədviyyatdan başqa digər qarışıqla yemək qadağandır.

5 gündə 5 kiloqram arıqlayın

Pəhrizin 2-ci günü 

Bu gün tərəvəz günüdür. Səhərdən hansı tərəvəzi yeməyə  başladınızsa, axşama qədər yalnız o tərəvəzdən yeməlisiniz. Yağsız hər cür tərəvəzi yeyə bilərsiniz, istəyirsinizsə, səhər 5 növ tərəvəzlə başlayın. Pəhrizin şərti yalnız səhər yediyiniz tərəvəzlərin eynisini gün ərzində yeməyiniz və ədviyyat xaricində heç bir şey əlavə etməməyinizdir.

5 gündə 5 kiloqram arıqlayın

Pəhrizin 3-cü günü

Pəhrizin bu günü ət günüdür. Qaynadılmış və ya qızardılmış, yağsız olmaqla balıq, toyuq və ya digər ət növlərini səhərdən başlayaraq eyni olmaq şərti ilə gün ərzində istədiyiniz qədər yeyə bilərsiniz. Bütün günlərdə olduğu kimi ədviyyatdan başqa heç bir şey qatılmır.

5 gündə 5 kiloqram arıqlayın

Pəhrizin 4-cü günü

Pəhrizin bu günü meyvə günüdür. Hər növ meyvəni istədiyiniz qədər yeyə bilərsiniz. Bu pəhrizdə qadağan olan yalnız banandır. Səhər başladığımızla davam etmək şərti bu günümüzdə də var.

5 gündə 5 kiloqram arıqlayın

Pəhrizin 5 günü

Bu günümüz yumurta günüdür. Yumurtaya ədviyyatdan başqa heç bir şey əlavə etmək olmaz. Yağsız süddən və ya qatıqdan istifadə edə bilərsiniz. Səhər nə ilə başlanırsa, eynisi ilə davam edilməlidir.

5 gündə 5 kiloqram arıqlayın

İstədiyiniz qədər qəhvə, qara çay və ya yaşıl çay içə bilərsiniz. Lakin şəkərdən istifadə edilmir.

5 gündə 5 kiloqram arıqlayın

Əziz qadınlar, hər zaman gözəl və baxımlı qalın.

24 fevral 2013
GO BACK