Qadin.NET / Pəhriz saxlamanın ailə həyatınıza təsiri

Pəhriz saxlamanın ailə həyatınıza təsiri

Pəhriz saxlamanın ailə həyatınıza təsiri


Çəkiniz sizi narahat edir və siz arıqlamaq istəyirsiniz?  "Bəli" dediniz? O zaman bu məsləhətləri diqqətlə oxuyun. Siz öz çəkinizin artıqlığı haqqında həmişə düşünürsünüz və bu, həm sağlamlığınız, həm də eşq həyatınız üçün təhlükəlidir. İndi çəkinizə nizam verməyin tam zamanıdır!

                                                                  Həm yorular, həm də yorarsınız

Həmişə pəhrizdə olmaq, yediklərinizin yağlılıq dərəcəsini və kalorisini endirmək, yoldaşınızla birlikdə gözəl film izləyərkən sifariş etdiyiniz pizzadan yeyə bilməmək, cipsdən keyf almamaq və sonda şokoladlı tortdan dadmamaq - bütün bunları düşünmək və özünüzlə mübarizə aparmaq sizi yora bilər.

 

Pəhriz saxlamanın ailə həyatınıza təsiri


                                                                                Bezdirici olarsınız

Pəhriz zamanı "Yemək istəyinə qarşı mübarizə aparacağam" deyərək birdən-birə əsəbi adama dönəcəksiniz. Buna görə də həyat yoldaşınız və ya rəfiqələrinizlə birlikdə çöldə ləzzətli yeməklərdən dadaraq, maraqlı və şən vaxt keçirə bilməyəcəksiniz. Bununla da darıxdırıcı insan olarsınız. Hər zaman pəhriz saxlayan adamla axşam yeməyinə çıxmaq belə böyük risk olarsa, sizcə, bundan sonra gözəl bir evlilikdən, sevgidən əsər-əlamət qalarmı?

 

                                                                     Özünüzə olan inamı itirə bilərsiniz

İştahınızı itirdiyiniz zaman həm fiziki, həm də psixoloji səbəblərdən dolayı cinsi həyatınıza olan istəyi azaldar. Bədəninizi lazımi maddələrdən məhrum edəcəksiniz və bəzi hormonlar normal faliyyət göstərməyəcək. Bununla da sizin cinsi həyatınıza marağınız və istəyiniz azalacaq. Yoldaşınızla bayıra çıxanda özünüzü onun yanında cazibədar hiss etməyəcəksiniz və özünüzə olan inamınız azalacaq.

 

Pəhriz saxlamanın ailə həyatınıza təsiri


                                                               Həyat yoldaşınızı xoşbəxt etməyəcəksiniz

Evdə hər zaman pəhriz yeməklərinin bişməsi yoldaşınızın da pəhriz tutmasına gətirib çıxarar. Bəs o, bunu həqiqətən istəyirmi? Məcburi pəhriz heç kimi sevindirə bilməz. Əgər özü xoşbəxt deyilsə, sizi necə xoşbəxt etsin?

 

 Həm çəkinizi, həm də evliliyinizi necə qurtara bilərsiniz?

* Yeməyə olan sağlıqsız sevginizdə problemlər varsa, o zaman psixoloqdan kömək istəməyi yoxlayın.

*   Yemək mövzusunu düşünməyin vərdiş halına gəlməsinə yol verməyin. Həyat yoldaşınızla hər dəfə yemək yeyəndə "Neçə kalori alacağam" deyə fikirləşməyin.

* Sizin üçün şok olan pəhrizdən uzaq olun. Bu, həm əsəbilik, həm də depressiyaya girmək dərəcənizi artırar. Bu da evlilik həyatınıza zərər verər.

*   Pəhriz üçün özünüzü çox sıxmayın. Çətin pəhriz qaydalarından uzaq olun. Və hərdən yoldaşınızla birlikdə olarkən özünüzü sevindirin. 

* Yoldaşınızı sizinlə birlikdə pəhriz tutmağa məcbur etməyin. Eyni masada fərqli yemək çeşidləri olsun. Bezdirməmək şərtilə ona yediklərinizin necə sağlıqlı olduğunu izah edin.

20 yanvar 2013
GO BACK