Qış soyuqlarının incədən incəyə özünü hiss etdirməyə başlaması və gedərək soyuqların artması, payıza nisbətən insan bədənində mənfi halların əmələ gəlməsinə səbəb olur. Yaydan payıza keçəndə necə ki, bədəniniz bu dəyişikliyə öyrəşməyə çətinlik çəkirsə, yaydan payıza keçid dövrü qədər olmasa da, payızdan qışa doğru irəliləyən bu vaxtlarda da bədənimiz havaya uyğunlaşmağa çətinlik çəkir.
Fəsil yorğunluğu üçün qidalanma məsləhəti.
Mütəxəssislər bədənimizin fəsil dəyişikliyindən daha az təsirlənməsini təmin etmək məqsədi ilə diqqət etməyimiz lazım olan bir sıra təkliflər irəli sürür. Bunlardan ən lazımlısı isə qidalanmaqdır. Fəsil dəyişikliyində ən çox yorğunluq hissi ortaya çıxır. Fəsil yorğunluğundan xilas olmaq, özünüzü daha enerjili hiss etmək üçün aşağıdaki pəhriz siyahısından istifadə edə bilərsiniz.
Səhər yeməyindən əvvəl
1 stəkan ilıq su
1 stəkan soyuq su
Səhər yeməyində
1 ədəd qaynadılmış yumurta
1 dilim pendir
2 dilim çörək
Bol yaşıl bibər, cəfəri, nanə
1 ədəd təzə əncir
3 ədəd qoz (təzə qoz olarsa çox yaxşı olar)
Günorta yeməyi
Qırmızı mərcimək şorbası
Tərəvəzli ət
Bol salat (azacıq zeytun yağı əlavə edilmiş)
Axşam yeməyindən əvvəl
30 ədəd təzə fındıq
15 ədəd iri qara üzüm
1 stəkan süd
Axşam yeməyi
1 ədəd qızartma balıq
1 dilim çörək
Bol salat (azca zeytun yağı əlavə edilmiş)
Gecə yamazdan əvvəl
2 ədəd gavalı