
Bir çox pəhrizlərdə olduğu kimi bu pəhrizdə də hər gün 2 litrə yaxın su içilməli, mineral su içilərsə qazsız olmalı,çaylar şəkərsiz,salat sosları az yağlı olmasına diqqət edilməlidir.
Şəkər,kartof,çuğundur,kök ,paxla yeməklərini kəsməklə bu pəhrizlə Siz həftədə 2 - 4 kq arıqlaya biləcəksiniz.

1.ci gün:
7:30 - 2 kivi
8:00 - südlə qerkules
10:00 - yağsız yoğurt,bir fincan çay,ya da qəhvə
11:00 - 1 alma
13:00 - azca soslu yaşıl salat
15:00 - 80 qr qaynadılmış toyuq döş əti,100 qr rəngli kələm,2 dilim pendir
17:00 - 1 armud
19:00 - 1 stəkan kələm suyu
19:30 - 2 yumurtadan omlet,bioyoğurt

2.ci gün:
7:30 - 1 portağal
8:00 - qarabaşaq sıyığı
10:00 - qara çörəkdən tost,üzərinə cem,1 fincan çay və ya qəhvə
11:00 - 1 alma
13:00 - 100 qr qaynadılmış yağsız balıq
15:00 - közlənmış tərəvəz,salat,bioyoğurt
17:00 - 1 armud
19:00 - 1 stəkan kələm suyu
19:30 - soslu yaşıl salat,yağsız kəsmik,bioyoğurt

3.cü gün:
7:30 - yarəm stəkan təzə sıxılmış meyvə suyu və yarım stəkan su
8:00 - südlə qerkules sıyığı
10:00 - yağsız kəsmik,1 fincan çay və ya qəhvə
11:00 - 1 alma
13:00 - 100 qr qaynadılmış dana əti
15:00 - salat,közlənmış tərəvəz,1-2 dilim pendir
17:00 - 4 badam,3 fındıq,1 qoz
19:00 - 1 stəkan kələm suyu
19:30 - rəngli kələm,yanında pendir,bioyoğurt

4.cü gün:
7:30 - 2 mandarin
8:00 - südlə arpa sıyığı
10:00 - yağsız yoğurt,1 dilim qara çörək,1 fincan çay və ya qəhvə
11:00 - 1 alma
13:00 - 100 qr qaynadılmış balıq
15:00 - yaşıl salat,közlənmış badımcan və 1 dilim pendir
17:00 - 4 ədəd qara gavalı və 4 ədə meyvə qurusu
19:00 - pomidorlu qayğanaq
19:30 - buxarda bişmiş tərəvəzlər və bioyoğurt

5.ci gün:
7:30 - 2 kivi
8:00 - südlə qerkules sıyığı
10:00 - qara çörəkdən tost,az şəkərli cem,1 fincan çay və ya qəhvə
11:00 - 1 alma
13:00 - 100 qr qaynadılmış toyuq döş əti
15:00 - yaşıl salat,100 qr rəngli kələm və ya brokkoli,yoğurt
17:00 - 1 armud
19:00 - 1 stəkan kələm suyu
19:30 - duxovkada bişirilmış pendirli pomidor,yağsız kəsmik
6.cı gün:
7:30 - 1 portağal
8:00 - qarabaşaq sıyığı
10:00 - yağsız yoğurt,1 dilim qara çörəkdən tost, 1 fincan çay və ya qəhvə
11:00 - 1 alma
13:00 - közlənmiş tərəvəzlər
15:00 - 100 qr qaynadılmış balıq,yaşıl salat, 1 dilim pendir
17:00 - 4 badam,3 fındıq,1 qoz
19:00 - göbələkli qayğanaq
19:30 - közlənmiş tərəvəz,yaşıl salat

7.ci gün:
1,5 kq almanı 6 yerə bölməklə bütün günü alma yeyin.