Qadin.NET / Ən çox arıqladan məşqlər

Ən çox arıqladan məşqlər

Ən çox arıqladan məşqlər

 

Qaçış: Qaçmaq edə biləcəyiniz ən yaxşı məşqlərdən biridir. Nə istedad tələb edir nə təcrübə. Xüsusi müəllimə də ehtiyac yoxdur. Qaçmaq üçün münasib yer də çoxdur. Bu qaçışa bir az dırmanmaq da əlavə etsəniz ciddi miqdarda kalori yandıra bilərsiniz. Yarım saatlıq bir qaçış məşqiylə 350 kalori yandıra bilərsiniz. 

Velosiped: İstəsəniz açıq havada, istəsəniz bağlı yerdə velosipedlə edə biləcəyiniz məşq çox sərfəlidir. Velosipedi öyrənmək də asandır. Ayaqlarınızdakı bütün gücü istifadə edərək həm müvazinətinizi artırar, həm də bol miqdarda kalori yandırmağınıza kömək edəcək. Sürətinizə və müvazinətinizə görə yarım saatlıq bir velosiped məşqi ilə 250-500 kalori yandıra bilərsiniz.

Ən çox arıqladan məşqlər

Xizək sürmək: Xizək sürərkən həm alt, həm də üst bədən əzələlərimizi müntəzəm bir şəkildə işlədirik. Xüsusilə yüksək tempdə sürülən xizək ürəyinizin yaxşı bir məşq etməsini təmin edər. Yarım saat sürüşərək təxminən 330 kalori yandıra bilərsiniz.  

Velotrenajor: Bir çox istiqamətdən möcüzəli bir məşq alətidir. Bir çox məşqin darıxdırıcılığı onda yoxdur. Iş əsnasında da məşqlərinizi edə bilərsiniz və onun sizə heç bir maneəçiliyi olmaz. Eyni anda alt və üst bədən əzələlərinizi işlədərək yollarda ayaq döyməkdən bezən idmançılara yaxşı bir dəyişiklik ola bilər. Yarım saatlıq velotrenajor məşqiylə təxminən 300 kalori yandıra bilərsiniz.

Üzmə: Üzmə bütün bədəninizi işlədən çox faydalı bir məşqdir. Suyun qaldırma qüvvəsi idman etdiyiniz üçün əzələlərinizə təzyiq göstərmir və idmandan sonra oynaq ağrıları çəkməzsiniz. Əlavə olaraq, xüsusilə qış aylarında edildiyi üçün idman etməyi sevdirən əyləncəli bir məşq növüdür. 30 dəqiqəlik üzmə məşqiylə təxminən 400 kalori yandıra bilərsiniz.

Step (Addımlamaq): Step etməyin vaxtilə nə qədər dəbdə olduğunu xatırlayarsınız. Step, məşhurluğunu itirmiş olsa da qıç və ombalarınızı formaya salan və bunu edərkən bol miqdarda kalori yandırmanızı təmin edən, ürək-damar məşq olmaq xüsusiyyətini hələ dəqoruyur. Yarım saatlıq sıx templi bir step məşqiylə təxminən 400 kaloriyi yandıra bilərsiniz.

 

Ən çox arıqladan məşqlər

 

Kürək: Diqqət etsəniz idman salonlarında  kürək alətlərinə rast gəlməzsiniz. Bunun səbəbi bu alətlərin bəzilərinə qarışıq görünməsidir. Kürək, xüsusilə kişilərin atletik bədən quruluşuna köməkçi olan idman alətidir. Qol, kürək, çiyin, sinə və qıç əzələləriniz inkişafı üçün  bol miqdarda kalori yandıracaq. Yarım saatlıq kürək məşqi ilə 300 kalori yandıra bilərsiniz.

Gəzinti: Daimi, sabit və planlı edildiyi zaman yeriyərkən lazımi miqdarda kalori yandıra bilərsiniz. Gəzintinizə hündürlüyə çıxmaq, və bir az qaçış əlavə etsəniz daha çox kalori yandıra bilərsiniz. Yarım saatlıq bir gedişlə 180 kalori itirə bilərsiz. Gəzinti ürək-damar xəstəliyi üçün xeyirli olduğunu nəzərə alaraq rahatlıqla o məşqi edə bilərsiniz. 

3 iyun 2015
GO BACK