Qadin.NET / İştah azaldan qidalar

İştah azaldan qidalar

Pəhriz saxladığınız dövrlərdə uzun müddət tox qalmaq bəzən həqiqətən də çox çətin ola bilir. Qidalanma siyahınıza əlavə edəcəyiniz bəzi qidalarla həm tox qala bilər, həm də arıqlama müddətini sürətləndirə bilərsiniz.

İştah azaldan qidalar

Xiyar

Tərkibi yüksək su və sellüloz nisbəti ilə iştahı azaldır. Kalorisi aşağı bir qida olduğu üçün yeməklərdən dərhal sonra şirniyyat yemək istəyiniz olduqda, istədiyiniz miqdarda sərhədsiz seçim edə bilərsiniz.

İştah azaldan qidalar

Ayran

Süd qrupu bir qida olduğu üçün tərkibindəki zülal toxluq hissinizi artırır. Səhər, günorta və şam yeməklərində 1 stəkan ayran qan şəkəri səviyyəsinin qorunmasına kömək olur. Ayranın içinə əlavə olunacaq təzə göyərti və ədviyyat (nanə, cəfəri, kəklikotu, reyhan kimi) tortu miqdarını artıraraq iştahı azaldır.

İştah azaldan qidalar

Qabaq

Sellüloz nisbəti yüksək bir tərəvəzdir. İştahınıza nəzarəti təmin etməkdə çətinlik çəkirsinizsə, hər gün 1 qab qatıqlı qaynadılmış qabaq, qabaq şorbası və ya qabaq salatı seçim edərək toxluq hissinizi artıra bilərsiniz.

İştah azaldan qidalar

Qəhvə

Yeməklərdən 1 saat sonra seçəcəyiniz 1 fincan türk qəhvəsi və ya filtr qəhvə çox yemək istəyinizi azaldır. Toxluq hissinizin artmasına köməkçi olur. Yuxu problemi yaşamamaq üçün gündə 2 -3 fincan qəhvə içməniz lazım olduğunu unutmayın.

İştah azaldan qidalar

Yulaf

Taxıl qrupu içərisində sellüloz nisbəti yüksək və həzm müddəti uzun olması səbəbi ilə iştahınızın nəzarətinə köməkçi olur. Nahar və şam yeməklərinizi 2 xörək qaşığı yulafı 1 dilim çörək əvəzinə yesəniz, iştahınızı azalda bilərsiniz. 

İştah azaldan qidalar

Noxud

Mədə turşusunu azaldır. Aclıq hissinizin nəzarət altında olmasına köməkçi olur. Quru paxlalılardan noxud olduğu üçün sellüloz nisbəti yüksəkdir. Axşam yeməyindən sonra çox aclıq və şirniyyat yemək  istəsəniz, 1 fincan noxudu 1 dilim çörək yerinə yeyə bilərsiniz.

İştah azaldan qidalar

Yumurta

Keyfiyyətli zülal tarazlığı ilə iştahın balanslı olmasını təmin edən əhəmiyyətli bir qidadır. Allergiya və səhhətinizlə bağlı risk yoxdursa, günorta və əsas yeməklərdə ehtiyacınız olan miqdarda yumurtanı həftədə 2-3 dəfə seçməklə toxluq hissinizi artıra bilərsiniz.

İştah azaldan qidalar

Mərcimək

Paxlalılar fəsiləsi qidaları arasında zülal tərkibi ən yüksək olanıdır. Iştahın azalmasını təmin edir və toxluq hissinizi artırır. Salatlarınıza 4 yemək qaşığı qaynadılmış mərciməyi 1 dilim çörək yerinə əlavə etsəniz, iştahınızı nəzarət altına ala bilərsiniz.

Qaysı

Təzə ərik və quru tərkibində olan sellüloz miqdarı toxluq hissinizi artırır. Çox qida qəbul etmə istəyinizi tarazlar. 1 boşqab meyvə yerinə 4-5 ədəd təzə əriyi iştaha nəzarət edə bilərsiniz.

5 iyun 2015
GO BACK