Qadin.NET / Ən çox yağ yandıran idman növləri

Ən çox yağ yandıran idman növləri

Hər zaman idman salonlarına gedəcək vaxtınız və ya istəyiniz olmaya bilər. Çöldə edə biləcəyiniz bu idman nözləri sizi vicdan əzabı çəkmək məcburiyyətindən azad edəcək. İdman müəllimlərinin seçdiyi bu ən yaxşı 6 yağ yandırıcı idman növü sizə istədiyiniz vücuda sahib olmağa kömək edəcək.  

Ən çox yağ yandıran idman növləri

Halqa çevirmək

Uşaq ikən çevirdiyimiz halqa əslində mükəmməl bir yağ yandırıcıdır. Beyonsun etdiyi bu idman ilə həm əylənəcək, həm də kalorilərinizdən xilas olacaqsınız. Halqanın bir ucunu yerə qoyanda boyun sinənizin atında qalacaq şəkildə olmalıdır. Yarım saat çevirmək sizi 300 kilokaloridən azad edəcəkdir. 

Ən çox yağ yandıran idman növləri

Qaçış

Qaçış vücudun ayaq, omba əzələlərini işlədir. Buna görə çox qaçanların incə, uzun ayaqları və qəşəng ombaları olur. Qaçarkən qollarınızın ayaqlarınızıa birlikdə yelləndiyinə diqqət edin. Bu zaman onurğanız dik olmalıdır. 30 dəqiqə qaçmaq sizi 374 kaloridən xilas edəcəkdir. 

Ən çox yağ yandıran idman növləri

Xizək sürmək

Siyahının ən başında xizək sürmək gəlir. Kalori və yağ yandırmaqda olduqca təsirli olan xizək vücudunuzu çox işlədən bir idman növüdür. Tarazlıqda dayanmaq üçün vücudunuzun hər bir əzələsı sıxılır və işlək vəziyyətdə olur. 30 dəqiqə xizək sürmək sizi 425 kaloridən xilas edəcəkdir. 

Ən çox yağ yandıran idman növləri

İpdən atlamaq

Bir çox idman müəlliminin seçdiyi bu idman növü sizin üçün də olduqca yararlıdır. İpdən atlayarkən vücudunuzun dik olmasına diqqət edin. Ayaqlarınızın arası çox az aralı olmalı və kiçik sıçrayışlar etməlisiniz. Yarım saatda 340 kaloridən xilas olacaqsınız.

Ən çox yağ yandıran idman növləri

Yerimək

Yerimək ən rahat edə biləcəyiniz idmandır. Bir yerə gedərkən maşından istifadə etmək əvəzinə idman ayaqqablarınızı geyinin və yeriyin. Yerişinizin templi olmasına diqqət edin. Hər zaman eyni tempdə və sürətdə yeriyin. Addımlarınız çox böyük olmasın və onurğanız dik olsun. Bunun nəticəsində 230 kaloridən xilas olun.

Rəqs etmək

Rəqs etmək ən çox kalori yandıran idman olmaya bilər, ancaq ən əyləncəlisi olduğu dəqiqdir. Tempi tutun və itirməyin, hərəkətli, templi musiqilər seçin. Yarım saat dayanmadan rəqs edin və 221 kaloridən xilas olun. Qollarınızı da işlətməyi unutmayın.

31 dekabr 2013
GO BACK