Qadin.NET / Zeytun yarpağının çayı ilə arıqlayın

Zeytun yarpağının çayı ilə arıqlayın

Bu xəbərdə arıqlamağa kömək edən zeytun yarpağı çayının faydalarından bəhs etmək istəyirəm. 
 Pəhrizdə diqqət etməniz lazım olan məqamlar hansılardır? 
 1. Gündə 2-3 litr su içməlisiniz. Mayedən bolluca istifadə etməlisiniz.
 2. Mütləq həftənin 3 günü müxtəlif fitnes və idman salonlarında xüsusi olaraq sizin üçün təyin edilmiş hərəkətlərlə pəhrizi dəstəkləməlisiniz.
 3. Meyvələrlə daha möhkəm dost olun. Bir çox meyvənin arıqlamağa təsir etdiyini bilirik, bununla yanaşı, toxluq hissi yaradan meyvələri seçsəniz, daha yaxşı olar.
 4. Bitki mənşəli arıqlamağa kömək edən çaylardan faydalanmalısınız. 
Zeytun yarpağının çayı ilə arıqlayın

  Professor Doktor Faruk Durukan zeytun yarpağı çayının bədəninizdəki toksinlərin atılmasına kömək edəcəyini və arıqlama prosesinin sürətlə baş verəcəyini bildirib. Pəhriz proqramları bəzən arıqlamaq istəyən şəxsləri halsızlıq, əldən düşmək, yorğunluq kimi müxtəlif problemlərlə üz-üzə qoyur. Zeytun yarpağı isə bədənə enerji verməklə bu hissi yox edir. Eyni zamanda qlükoza tarazlığını təmin etməkdə təsirli rol oynayır.
Zeytun yarpağının çayı ilə arıqlayın

  Zeytun yarpağının çayı maddələr mübadiləsi tarazlığını təmin edərək, yağların sürətlə yandırılmasına imkan yaradır. Bitki mənşəli olduğu üçün arıqlamaqla yanaşı, bir çox xəstəliklərdə də istifadə edilə bilər. Bu çay hüceyrələri yeniləyir, dəriyə canlılıq verər. Xanımların selülitlərindən xilas olmasına kömək edir. Yüksək təzyiqi olanların qandakı şəkər səviyyəsini tarazlıyır. Xolesterol kimi problemləri ortadan qaldıraraq, immun sistemini gücləndirir. Zeytun yarpağı çayı ən çox hepatit xəstəliklərinə, soyuq dəyməyə, bronxitə və sətəlcəmə yaxşı təsir edir.

21 avqust 2013
GO BACK