Arıqlamaq üçün pəhrizə başladınız. Yediklərinizə, içdiklərinizə diqqət yetirirsiniz, ancaq yenə də aclıq hissi duyursunuz? İştah kəsən qidaları oxuyun və qidalanma planınızı yeniləyin. Bu sayədə ağıllı qidalanıb uzun müddət tox qalacaq və arıqlayacaqsınız !
Yumurta
Ən əhəmiyyətli zülal qaynaqlarından biri olan yumurtanın uzun müddət toxluq hissi verdiyi və kalorisinin aşağı olduğu elmi araşdırmalarla sübut edildi! Səhər naharlarında bir ədəd qaynadılmış yumurta ya da az kərə yağıyla bişirilmiş yumurtayla həm aclıq hissindən xilas ola bilərsiniz, həm də gündəlik zülal ehtiyacınızı sağlam yolla əldə etmiş olarsınız.
Yaşıl çay
Bədəninizin zəhərli maddələrdən təmizlənməsini, hüceyrələrinizin yenilənməsini təmin edən yaşıl çay bədəninizin iş sürətini artırır, yağ yanmasını təmin edir və uzun müddət tox hiss etmənizə köməkçi olur. Gündə 1-2 fincan yaşıl çay içərək özünüzü həm enerjili hiss edə bilər, həm çox kilolardan xilas ola bilər, həm də toxluq hiss edə bilərsiniz.
Badam
Vitamin, mineral, lif baxımından zəngin qida olan badam tox olmağınızı, sağlam dəri və saçlara sahib olmanızı təmin edir və omeqa-3 yağ turşuları sayəsində ürəyinizin sağlamlığını qoruyur. Elmi araşdırma nəticələrinə görə nizamlı olaraq gündə 5-6 ədəd badam yeyən qadınların digərlərinə nisbətən görə daha asan arıqladığı sübut edilmişdir.
Sirkə
Bədən sağlamlığından gözəlliyə, arıqlamaqdan ev təmizliyinə qədər bir çox mövzuda möcüzələr təmin edən sirkə iştah kəsməyə və uzun müddət tox hiss etmənizə də köməkçi olur! Sirkənin içində olan asetik turşu mədənin həzm sürətini yavaşladır və bu sayədə daha uzun müddət tox hiss etmənizi təmin edir. Salatlarına, yeməklərinizə sirkə əlavə edərək həm ləzzət, həm sağlamlıq qatın!
Darçın
Nəfis qoxusuyla duyğularınızı hərəkətə keçirən və enerji verən darçın elm adamlarının diqqətini çəkdi və üzərində əsaslı araşdırmalar aparıldı. Elmi araşdırma nəticələrinə görə darçın aclıq hissinə səbəb olan qan şəkərinin sürətli yüksəlib düşməsinə mane olur və buna bağlı olaraq uzun müddət tox hiss etmənizi təmin edir. Bir neçə dilim almanın üzərinə darçın səpib aclıq hiss etdiyinizdə çəkinmədən yeyin, beləcə həm tox olacaq, həm də arıqlayacaqsınız.