Qadin.NET / Çox idman etmək yağ yandırmağınıza mane olar

Çox idman etmək yağ yandırmağınıza mane olar

 

Çox idman etmək yağ yandırmağınıza mane olar

 

İnsanlar arasında məşhur bir  fikir  olan “nə qədər çox idman etsən, o qədər çox yağ yandırmaq şanısın artar”  fikri  o  qədər də doğru deyil. Bədənimiz edilən idmanın müəyyən bir hissəsində yağ yandırır, bir müddət sonra maddələr mübadiləsi yorulduğu üçün yavaşlayır və  yağ yandırma hadisəsi dayanır. Siz etdiyiniz uzun, nəfəsli idmanlar sayəsində çox yağ yandırdığınızı sandığınız halda yalnız bədəninizi yorduğunuzun fərqində belə olmursunuz.

Etdiyiniz idmanlarda doğru zamanlamanı nizamlamaq və yağlarınızdan doğru şəkildə xilas olmaq üçün sizlərə bəzi təkliflərim  olacaq:

 

 Çox idman etmək yağ yandırmağınıza mane olar

 

İdman etdiyiniz salonda mütləq mütəxəssis təlimçilər tərəfindən verilən məşqləri təyin olunan müddətlərdə edin.

Təlimçimizin ifadə etdiyi müddət xaricində edəcəyiniz məşq bədəninizin bir müddət sonra karbohidrat yandırmağa başlamasına səbəb olar və  qeyri-sağlam  bir şəkildə sürətli kilo vermənizə səbəb olar.

 

 Çox idman etmək yağ yandırmağınıza mane olar

 

  Ağırlıq qaldırma işlərində  yağ yandırılması sürətlənər.

 Lakin ağırlıq qaldırarkən nə qədər çox ağırlıq qaldırdığınız deyil bunu nə qədər doğru şəkildə tətbiq etdiyiniz əhəmiyyətlidir. Ağırlıq qaldırma əməliyyatını mütləq təlimçinin  nəzarəti  altında  və onun təklifləri istiqamətində etməniz belinizin  sağlamlığı üçün  böyük əhəmiyyət daşıyır.

 

Çox idman etmək yağ yandırmağınıza mane olar

 

 Bel bölgənizdə meydana gələn yağlanlmaları aradan qaldırmaq üçün gün içərisində etdiyiniz  press çəkmə hərəkətini 15 dəfədən çox tətbiqinizin bir faydası yoxdur.

 15 deyil çox tətbiq olunan  press çəkmə hərəkəti yağ əritməyə deyil, göbək ətrafı əzələlərinizin möhkəmlənməsinə  səbəb olar. Göbək ətrafında   olan piylərdən xilas olmaq üçün  zeytun  yağından  istifadənin   artırmaq lazımlıdır.

 


 İdman etməyə başladığınızda ən böyük səhv.

 Bir az arıqlayan kimi idmanı tərk etmək çox yanlış addımdır.Çünki belə etsəniz itirdiyinizdən daha çox kilolar qazanarsınız.Verdiyiniz kiloların sabit qalması üçün idman etməyi bir həyat tərzi halına gətirməniz və nizamlı olaraq idman etməniz olduqca  əhəmiyyətlidir.

 

İdman etməyə qərar verməkdən əvvəl mütləq həkimlə görüşüb, lazımlı tədqiqlər etdirilməli və sağlamlığınızda idman etməyə maneə və ya edə biləcəyiniz və edə bilməyəcəyiniz idmanlar ilə əlaqədar məlumat almanız  lazımlıdır. Unutmayın ki, şüursuz idman etmək sağlamlığınızın ciddi mənada pozulmasına səbəb olar.

24 yanvar 2013
GO BACK