Qadin.NET / İdman edənlər üçün zülallı içkilər

İdman edənlər üçün zülallı içkilər

"Smoothie" və "Shake"lər həm qidalandırıcı, həm də doyurdurduğu üçün sağlam qidalar siyahısındadır. İdman edənlər üçün ləziz "shake" reseptini sizə təqdim edirik. Zülal baxımından zəngindirlər.

1. Qaragilə qarışımı

Blenderin içinə 1 kasa qaragilə, yarım banan, 1,5 ölçü protein tozu, 2 yemək qaşığı qoz, 2 yemək qaşığı yulaf və 1 yemək qaşığı chia toxumu əlavə edin. Bütün ərzaqları qarışdırın. Nuş olsun!

2. Qəhvəli qarışım

Blenderin içinə 2 stəkan filtr qəhvə, 1 su stəkanı badam südü, 1 su stəkanı yulaf, 8 ədəd badam, 3 ədəd yumurta ağı, 1 çay qaşığı darçın və 1 su stəkanı buz əlavə edin. Bütün ərzaqları qarışdırın. Nuş olsun!

3. Çiyələkli və bananlı qarışım

Blenderin içinə 1 su stəkanı az yağlı kefir, 2 yemək qaşığı qoz, 1 su stəkanı doğranmış çiyələk, 1 ədəd banan, 1 ölçü vanilli zülal tozu və lazım olan qədər su əlavə edin, qarışdırın. Nuş olsun!

 

22 iyul 2020
GO BACK