1. Karbohidrat qəbulunu azaldın
Qış aylarında günlərin qısalması, qaranlıq keçən saatların artması insanları asanlıqla depressiyaya salır. Depressiv hal şokolad, şəkər, xəmir yeməklərinin qəbulunun artmasına səbəb olur. Karbohidrat istəyi artanda ilk olaraq yerinə 1-2 stəkan su için, sonra 5-10 dəqiqə gözləyin. Bu istəyiniz davam edərsə, karbohidrat yerinə qoz, fındıq, badam kimi sağlam qidalara üz tuta bilərsiniz.
2. Bol su için
Qışda havaların soyuması ilə tərləmə halı azaldığı üçün susuzluq hissi azalır. Ancaq su həyati dəyər daşıyır və bədənin fəaliyyətini davam etdirmək üçün suya ehtiyac var. Susuzluq hissi olmadan gündə 8-10 stəkan su içərək, metabolizmanı sürətləndirə bilərsiniz.
3. Fiziki fəaliyyəti artırın
Soyuq havalarda yürüşə çıxmaq çətin olsa da, həftənin 3 günü yarım saat gəzməyə çalışın. Evdə edə biləcəyiniz fiziki fəaliyyətləri artıra bilərsiniz.
4. Səhər yeməyini göz ardı etməyin
Səhər yeməyi ötürmək, aclıq hissini artıracaq. Bu da çəki artımına səbəb olacaq.
5. D vitaminizi ölçün
Qış aylarında bədəndəki D vitamini azalır. D vitamini çatışmazlığı xroniki xəstəliklərə zəmin hazırlayır. Arıqlamağa mane olur. D vitamini xəstəxanada yoxlatdırın.