Əsəb göründüyü qədər bəsit deyildir. Əsəbin yan təsirləri var. Yan təsirlərin arasında artıq çəki də var. Davamlı olaraq əsəbi olmaq çəkinizə təsir edə bilər.
Əsəbi olmağın bədənə təsiri
Adrenalin: Daxili orqanlardan əzələlərə qan axışı səbəbilə əsəbləşəndə aclıq hiss etmərik. Ancaq bu qısamüddətlidir. Adrenalin səviyyəsi azaldıqdan sonra itirilən enerjini yeməklə bərpa edirik. Bu şüursuz şəkildə yemək yeməyə səbəb olur.
Stressə səbəb olur. Təşviş stressi artırır. Bu səbəblə, kortizol hormonun səviyyəsi artar. Ürəyə və qan təzyiqinə zərər verdiyi kimi çəkimizə də təsir edir. Kortizol, qan şəkərini yağa çevirir və həzm sisteminə mane olur. Nəticədə artıq çəkiyə səbəb olur.
İştah idarəsini itirərik. Yuxu probleminə səbəb olur. Kifayət qədər yatmadıqda enerjimiz olmaz. Şirin içkilər, şəkərlə və digər qeyri-sağlam qidalarda olan karbohidratlara üz tuturuq.
Etməli olduqlarınız:
Həyat tərzinizi dəyişdirmək üçün mübarizə aparın. Kitab oxumaq, sevdiyiniz insanlarla vaxt keçirmək, ən sevdiyiniz fəaliyyətlə məşğul olmaq, idman etmək, parkda gəzmək və daha nələr edə bilərsiniz. Mənfi düşüncələrinizi əyləncəli məşğuliyyətlərlə aradan qaldırın.