Qadin.NET / 5 addımla qarın bölgəsindəki yağlardan xilas olun

5 addımla qarın bölgəsindəki yağlardan xilas olun

 

1. Şəkər və şəkərli qidaları həyatınızdan çıxarın

Qarın bölgəsindəki yağlardan xilas olmaq istəyirsinizsə, xüsusilə, şəkərli qidalarla aranıza məsafə qoymalısınız. Aparılan araşdırmalar şəkər qəbulunun həddini aşmasının qaraciyərdə və qarında yağlanmaya yol açdığını göstərmişdir. Xüsusilə, şəkər tərkibli içkilərdən uzaq olmalı.

5 addımla qarın bölgəsindəki yağlardan xilas olun

 

2. Həftədə 2-3 dəfə balıq yeyin

Yağlı balıqlar, keyfiyyətli protein və omeqa3 yağ asitləri baxımından zəngindir. Bəzi araşdırmalar, omeqa3 yağının piyləri azaltmağa kömək etdiyini göstərmişdir. Böyüklərdə və uşaqlarda qaraciyər yağlanması olan fərdlər üzərində aparılan araşdırmalar, 2 balıq yağı ilə qarın yağlarını azaltdığı görülmüşdür. 

5 addımla qarın bölgəsindəki yağlardan xilas olun

 

3. Probiotik qidalar

Probiotik bakteriyalar, bağırsağın normal işləməsinə kömək edir. Sağlamlıq baxımından bir çox xeyri var. Araşdırmalar probiotiklərin arıqlamağa kömək etdiyini sübut etmişdir. Bu sahədə hələ çox araşdırmaya ehtiyac olsa da, sağlam qidalanma rejiminizə süd məhsullarını da əlavə etməyi unutmayın.

 

5 addımla qarın bölgəsindəki yağlardan xilas olun

4. Lifli qidalar

Lifli qidalar toxluq hissi verir və çəki itirməyə kömək edir. Aparılan araşdırmada, gündə 14 qram lif qəbulunun, 4 ay ərzində 2 kq çəki itkisinə səbəb olduğu və kalori alınmasında isə 10% lik azalmanı təmin etdiyi ortaya çıxmışdır. Təzə tərəvəz, meyvələr lif baxımından zəngindir. Liflə zəngin qidalar bir çox xəstəliklə də mübarizə aparır.

5 addımla qarın bölgəsindəki yağlardan xilas olun

5. İdman

Əgər qarın yağlarını əritmək istəyirsinizsə, təkcə düzgün qidalanma ilə bunu edə bilmərsiniz. Bunun üçün idman da vacibdir. Gün ərzində enerji sərf etməlisiniz. Davamlı yürüşlər və idman sizi arzunuza qovuşduracaq.

 


21 dekabr 2018
GO BACK