Nizamlı formada qəbul edildikdə tox qalmağa kömək edir, obez kimi problemi olan insanlara sağalmağa kömək edir. Antioksidan və lif baxımından şəfa mənbəyi olan nar, çox uzun müddət iştahı kəsdiyi üçün arıqlamaq istəyən insanlar narla qidalana bilər.
Yemək aralarında və ya axşam yeməyindən əvvəl narın qəbulu məsləhət görən mütəxəssislər, hər gün 1 ədəd narın 7 qram lif tərkibli olduğunu və liflərin də toxluq hissini artırdığına diqqət çəkir.
Lifli olmasına görə bağırsaqları hərəkətləndirən bu meyvə, pəhrizdə olanlar üçün qəbizlik problemini aradan qaldırır. Axşam yeməyini çox yeməmək üçün saat 15:00 - 16:00 arası 1 ədəd nar və ya 1 stəkan nar suyu qəbul edilə bilər.