Toxluq hissi yaradan 5 qida:
Yulaf
Lif baxımından zəngin olan yulaf, aclığı aradan qaldırmaqda təsirlidir. Səhər yeməyi üçün əla seçimdir.
Alma
Bağırsaqları hərəkətə keçirə bilən alma, qabığındakı maddə sayəsində uzun müddət toxluq hiss yaradır. Orta böyüklükdə almanı, bir neçə quru meyvə ilə yeyə bilərsiniz.
Cəfəri
Yağ yandırma xüsusiyyətinə görə detokslarda istifadə olunan ərzaqdır.
Yumurta
Xolestrol şikayətiniz yoxdursa, ağı ilə birlikdə sarısını yesəniz, uzun müddət aclıq hiss etməyəcəksiniz.
Xiyar
Kalorisi yoxdur deyəcək qədər az olan xiyarı ara yeməklərdə yeyə bilərsiniz.