Qadin.NET / Bel və kürək yağlarından xilas olmağın yolları

Bel və kürək yağlarından xilas olmağın yolları

 

 

Qidalanma vərdişlərinizi dəyişdirin

Əgər fast food qidalara, konserva qidalarına, şirniyyata, xəmir yeməklərinə, şəkərli içkilərə üstünlük verirsinizsə, bunlardan əl çəkməlisiniz, çünki yağları azaltmaq üçün bunların hamısından qaçmalısınız. Bu qidaların yerinə bitki çaylarını, meyvələri seçməlisiniz.

Bel və kürək yağlarından xilas olmağın yolları

 

Çoxlu meyvə və tərəvəz yeyin

Beldəki yağlardan xilas olmaq üçün meyvə və tərəvəzlərə üstünlük verməlisiniz. Lifli qidalar kalorili qidalara ehtiyacı və istəyi azaldır. Mövsümi meyvə, tərəvəzləri seçməyi unutmayın.

Bel və kürək yağlarından xilas olmağın yolları

 

Sağlam və Protein dolu qidalara üstünlük verin

Beldə və kürəkdəki yağlardan xilas olmaq üçün qeyri-sağlam qidalanmanı dayandırmalısınız. Doymuş yağlardan qaçmalısınız. Ağ un və qatqısı olan ətləri yerinə, təmiz və təzə ətlərə üstünlük verməlisiniz. 

Bel və kürək yağlarından xilas olmağın yolları

 

Qeyri-sağlam həyat tərzini dəyişdirin

Sağlam bədən üçün həyat tərzində dəyişikliklər etmək vacibdir. Bunun üçün enerji və fərqindəlik sahibi olmalısınız.

Bel və kürək yağlarından xilas olmağın yolları

Meditasiya və yoqa stressi azaltmaq üçün yaxşı yoldur. Bundan əlavə kifayət qədər yatmaq da vacibdir. Az yuxu kökəlməyə səbəb ola bilir. Susuz qalmamağa diqqət etməlisiniz. Su toksinləri atmağa kömək edir.


Bel və kürək yağlarından xilas olmağın yolları

İdman edin

Fiziki hərəkət və idman arıqlamaq üçün ən əsas yoldur. Qaçmaq, velosiped, aerobika, zumba, rəqs kimi məşqlər kürək və beldəki yağları əritməyə kömək edir. 

 

21 avqust 2018
GO BACK