Normal ayrana görə vitamin və mineral baxımından daha zəngin olan bu içki ilə, artıq çəkilərinizdən xilas ola bilərsiniz.
Yaşıl ayran rəngindən də göründüyü kimi C vitamini mənbəyidir. İmmunitet sistemini gücləndirir və çox güclü antioksidandır. Həm bizi xərçəngə qarşı qoruyur, həm də bütün xəstəliklərə qarşı dözümlü olmağımızı təmin edir. Kalsium baxımından da olduqca zəngin olan bu içki, toxluq hissini artıraraq artıq çəkilərimizdə xilas olmağımıza kömək edir. Xüsusilə, bel bölgəsindəki yağlardan xilas olmağımıza kömək edir.
Tərkibi:
1 stəkan ayran
1 şüşə təbii mineral su
Təzə nanə
Hazırlanması:
Təzə nanə sevməyənlər cəfəri və ya başqa yaşıl tərəvəzlər istifadə edə bilər. Qaba nanələri qoyun. Üzərinə ayranı əlavə edib blenderdən keçirin.
Blenderdən keçirdiyiniz yaşıl rəngli ayranın üzərinə təbii mineral su əlavə edin. Mineral su ərkibindəki mineralları artıracaqdır.
Sonra bu qarışımı bir stəkana əlavə edib içə bilərsiniz. Həm zülal, həm də kalsium və mineral baxımından zəngin olan bu içkini günün istənilən saatından içə bilərsiniz.