Qadin.NET / Gənclər üçün sağlam arıqlama

Gənclər üçün sağlam arıqlama

 

Gənclər üçün sağlam arıqlama

 

Həm arıqlamağa həm də sağlam qalmağa qərar vermisinizsə bunları etməlisiniz: Çox təəssüf ki,  gənc qızlar və oğlanlar qidalanma – dieta barəsində ən çox səhf edən qrupdu. Böyümə və inkişafın irəlilədiyi yetkinlik çağında edilən qidalanma nöqsanları - boy artımı, organların və hormonların inkişafı kimi gələcək yaşantıda sağlıqlı bir insan olma təməlinin qoyulduğu bu dövrdə orqnizmə zərbə vurur.

Gənclər arasında çox yayılan "fast food" yemə alışqanlığı yetkinlik çağında ciddi problem yaradan təhlükədir. Əgər ciddi fikir verməsəniz daha ciddi təhlükələr gözləyir sizi. Hər hansı yol olur-olsun arıqlamaq olsun yolun sonunda deyib özünüzü təhlükəyə atmayın. Sağlamlığınızın dəyərini onu itirdikdən sonra anlayacaq qədər avam olmayın.

Düşünməyin ki çəki itirmisiz...

Sağlam şəkildə sağlam yollarla çəki itirdiyinizi düşünə bilərsiniz. Amma bilməlisiniz ki,  çəkinizin azalması  yağların itirilməsi nəticəsində deyil əzələ və su itirilməsi nəticəsində baş verib. Belə dietalarla itən çəkinin daha tez və daha artığlamasıyla geri qayıdacağını unutmayın. Dünya Sağlıq Təşkilatı itirilən çəkinin ayda 2 – 4 kg - dan çox olmasının normal olmadığını vurğulamışdır.

Həm arıqlamağa həm də sağlam qalmağa qərar vermisinizsə bunları etməlisiniz:  

* Səhər: 1 stakan ilıq su ilə günə başlayın.1 stakan yarım yağlı süd, 30 qr. ağ pendir, pomidor, 1 dilim buğda çörəyi ya da;

1 yumurta,1 dilim buğda çörəyi, 30 qr. ağ pendir, pomidor, 5 ədəd zeytun,1 x/qaşığı bal

 * Aralıqda: 1 meyvə

 * Günorta: balıqlı salat, 1 dilim buğda çörəyi, 250 qr. yağsız qatıq, tərəvəzlər qaynatmaq və ya közdə bişirmək olar;

  Aralıqda:  şəkərsiz çay ya da meyvə çayı içə bilərsiniz.

 * Axşam: 120 gr. toyuq, balıq ya da ət kababı, tərəvəz qaynanmış, 4 x/qaşığı yarma plovu;

 * Gecə: 1 alma

 - Şiriniyyat yerinə meyvə yeməyə üstünlük verin.

 - İdman hərəkətləri də etməyi unutmayın.

 - Qəhvə və qazlı içkilərdən uzaq durmağa çalışın.

 - Gündə 8 stakan su için.

 - Duzu azaldın.

 Yeniyetməlik çağında qızlarda yağın artmasıyla çəkiləri də artmış olur. Yeniyetməlikdən sonrakı dövrdə gənclərin qidalanmada olan nöqsanlarına görə çəki artımı daha çox baş verə bilər.

12 iyul 2011
GO BACK