Qadin.NET / Gözəl ayaqlara sahib olmaq üçün üsullar

Gözəl ayaqlara sahib olmaq üçün üsullar

Gözəl ayaqlara sahib olmaq üçün üsullar

Yediyiniz bəzi qidalar təkcə yağlanmaya səbəb olur. İlk olaraq bu qidalardan uzaq dayanmalısınız.

Bud əritmə hərəkətləri

Budun yağlanmasına səbəb ola qidalar

- Tort

- Qarğıdalı

- Şirin meyvələr

- Peçenye, makaron, pilov kimi yeməklər bədəninizi yağlandırdığı kimi bud bölgənizin də yağlanmasına səbəb olur. 

Gözəl ayaqlara sahib olmaq üçün üsullar

Bud və qarın nahiyəsini incəldən tövsiyələr

Bud nahiyəsidə yağlardan xilas olarkən diqqət edilməsi lazım olanlar:

Bud əridən hərəkətləri edərkən eyni zamanda bol su içməyiniz lazımdır. Su bütün bədəninizdəki yağları əritməyinizə kömək edərkən, eyni zamanda bud hissəsindəki yağların da qısa müddətdə yox olmasını təmin edəcəkdir.

Bud yağlarınızdan xilas olmağın ən təsirli yolu səhər yeməyini heç vaxt unutmamaqdır. Səhər yeməyinizi gecikdirməyin, yeməyinizi asta və həzm edərək yeməyə diqqət edin.

 

Bud yağlarını əridən hərəkətlər:

 

Tək ayaq üstə

Dik bir formada ayaq üstə durun və sağ tərəfdəki qolunuzu önə paralel olaraq uzadın. Bu formada belinizi bükmədən əyilin. Bu hərəkəti yerdən bir şey alarkən belinizi bükmədən götürdüyünüzü xəyal edin. Bu formada hərəkəti təkrarlayın.

 

Yerdən ayaq qaldırma hərəkəti

Yerə düz formada uzanın. Daha sonra budunuzu yerdən yuxarı qaldırın. Əlləriniz və qollarınızı yerdə sabit formada saxlayın. Sadəcə bel və bud hissənizi hərəkət etdirməlisiniz.

 

Ayaqları geri çəkmə hərəkəti

Düz bir yerdə uzanaraq ayaqlarınızı qarnınıza doğru qatlayın. Bu formada ayaq əzələləriniz ağrıyana kimi davam edin.

 

 

Bud əritmə pəhrizi:

 

Tərkibi

1 stəkan fındıq

1 stəkan yulaf əzməsi

1 stəkan buğda

1 stəkan günəbaxan toxumu

1 stəkan badam

1 stəkan doğranmış quru ərik

 

Hazırlanması:

Bütün tərkibi yaxşıca qarışdırmaq üçün blenderdən istifadə edin. Yaxşıca qarışdırılmış qarışımız üzərinə 1 stəkan süd əlavə edin. Hər gün səhər ac qarnına bu içkini için.

11 sentyabr 2017
GO BACK