Yemək yedikdən sonra çox keçmədən acyırsınızsa, yediyiniz qidalar yenidən bir göz atın. Xüsusilə, dieta müddətində məsum olduğunu və bizi tox tutduğunu fikirləşdiyiniz yeməklər, əslində tam tərsi bir təsir yaradır. Doyduğunuzu zənn edərkən birdən acya bilərsiniz. Bu vəziyyətin səbəbi yediyinizdə daha tez acmağınıza səbəb olan yeməklərdir.
Buğda çörəyi
Ağ çörəyin sağlamlığımız üçün çoxda faydalı olmadığını bilirik. Ancaq ağ çörəkdən qaçarkən xeyirli olduğunu düşünüb yediyimiz buğda çörəyi, yüksək glisemik indeksinə sahibdir. Yüksək glisemik indeksinə sahib qidalar isə qan şəkərinin səviyyəsini yüksəldir və bu da tez acmağınıza səbəb olur.
Yumurta ağı
Yumurtanın ağını tək başına yeməyiniz çox təəssüf ki, bir təsir yaratmır. Yumurta sarısı, doymuş yağlara sahib olduğu üçün daha doyurucu bir təsirə sahibdir.
Meyvəli qatıq
Çəki atmaq üçün yediyiniz meyvəli qatıqlar əslində çox acmağınıza səbəb olur. Marketlərdə satılan meyvəli qatıq, tərkibində şəkər və şəkər miqdarə acmağınıza səbəb olur. Bunun yerinə qatığın üzərinə təzə meyvələri əlavə edərək öz meyvəli qatığınızı evdə hazırlayın.
Meyvə suyu
İstər marketdən, istərsə də evdə özünüz hazırlayınş içdiyiniz bir stəkan meyvə suyuynun şəkər nisbəti yüksəkdir. Şəkərə görə də daha tez acyarsınız. Meyvə suyunu içmək yerinə meyvənin özünü yeyə bilərsiniz. Çünki bir stəkan suyu üçün yediyiniz meyvə sayı, yediyiniz bir meyvədən daha çoxdur.