Qadin.NET / Kökəlmək istəmirsinizsə, vaxtında yatın!

Kökəlmək istəmirsinizsə, vaxtında yatın!

 

Kökəlmək istəmirsinizsə, vaxtında yatın!

Bunu bilmək lazımdır ki, yaxşı və rahat bir yuxu sizin arıq qalmağınıza yardım edər. Pis yatmaq və yuxusuzluq isə hormonları artırar və insanın çəki balansını bir-birinə vurar.

Yatmamışdan qabaq beyninizi yüngülləşdirin

Yatağa uzanan zaman bir qədər mütaliə edin və ya həzin bir musiqiyə qulaq asın. Bir qədər dartınma hərəkətləri edin.

 

Kökəlmək istəmirsinizsə, vaxtında yatın!

Gilas yeyin

Gilas o nadir meyvələrdəndir ki, tərkibində melatonin vardır. Bu maddə yuxunu tənzim edir. Gilas suyunda da bu maddə vardır. Bununla yanaşı həm də anti-oksidantdır.

Fəal olun

Gün ərzində fəal olmağa çalışın. İdman edin və fiziki hərəkətlər edin. Bu zaman dərin bir yuxu sizin əldən verdiyiniz enerjini sizə geri qaytaracaqdır. Əlbəttə tövsiyə edilir ki, idmanı gün ərzində edəsiniz. Yatmamışdan əvvəl etməyin. Çünki bədəniniz fəallaşar və yuxunuz qaça bilər.

Yatmamışdan əvvəl yüngül yemək yeyin

Əgər yatmazdan əvvəl acmısınızsa, yüngül yeməklər yeməyə çalışın. Çünki ağır mədə sizin rahat yatmağınıza mane olacaqdır. Bir parça çörək, bir stəkan süd sizə rahat yuxu bəxş edər.

Kökəlmək istəmirsinizsə, vaxtında yatın!

Tərkibində kofein olan içkiləri azaldın

Bunu bilmək lazımdır ki, tərkibində kofein olan içki içən zaman təsiri 8 saat qalır. Əgər yuxu probleminiz varsa, yatmazdan 8 saat əvvəl qəhvə içə bilərsiniz. Günortadan sonra çalışın bu cür içəcəklərdən uzaq olasınız.

30 iyun 2017
GO BACK