Qadin.NET / İştahı necə azaltmaq olar?

İştahı necə azaltmaq olar?

İştahı necə azaltmaq olar?

Yemək yeməyə su ilə başlayın

Nə yemək istədiyinizə qərar vermədən əvvəl, görəcəyiniz ən adi şey, su ilə başlamaqdır. Çalışmalar, yeməkdən əvvəl su içənlərin, 22% daha az yemək yediyini göstərir. Yemək əvvəllərində olduğu kimi gün ərzində qurtum-qurtum su içmək, qarnınızı dolduraraq əlavə yemək yeməyinizə mane olacaqdır.

İştahı necə azaltmaq olar?

Protein qəbul edin

Daha çox protein qəbul etmək, həm əzələləriniz inkişafını, həm də doyma hissinizin artmasını təmin edir. Gündəlik kaloriya qəbulunun təxminən 20-30%-i protein olmalıdır. Az yağlı ət, ev heyvanları, lobya, yumurta və balıq, protein baxımından zəngin yeməklərdir və özünüzü tox hiss etməyinizə kömək edəcəkdir.

İştahı necə azaltmaq olar?

Səhər yeməyini unutmayın

İnsanların etdiyi ən böyük səhv, səhər yeməyi yeməməkdir. Səhər yemək yemək, günün qalanında bədənin metabolik sürətini müəyyən edir. Protein ağırlıqlı bir səhər yeməyi ilə günə başlamaq, gün ərzində iştahanızı azaldacaq.

İştahı necə azaltmaq olar?

Gündə 1 alma aclığa yaxşı gəlir

Alma, həm lifli qida qrupundandır, həm də yemə istəyini oyandıran şəkər düşməsinin qarşısını alır. Almanın içərisində pektin maddəsi, yemək öncəsi və sonrasında alınan şəkər miqdarının, orqanizm tərəfindən həllini azaldır.

 

 

26 may 2017
GO BACK