Tərləmək, idman edərkən yaransa da, sadəcə isti havadan da yarana bilir. Tərləmək yağları əritməz, vücud temperaturunu sabitləməyə kömək edir. Əgər çox güclü idmanla məşğul olarkən, tərləyirsinizsə, kaloriya yandırmış ola bilərsiniz.
Bu vəziyyətdə tərləmə və yağ əritmə bir-biri ilə əlaqəli ola bilər, çünki bu kaloriyalar yağa görə yaranır. Ancaq isti havalarda tərləməy' çalışmağınız və ya daha qalın geyinməyiniz ekstradan yağ yandırmağa səbəb olmayacaqdır.
Tərləmə bədənin temperaturu yüksələndə göstərdiyi reakiyasiyadır. Sudan əlavə duz, şəkər və artıq maddələr vücuddan tər vasitəsilə atılır. Vücuddakı 2-4 milyon tər vəzisi tərləməyiniz üçün işləyir.
Bəzi insanlar digərlərdən fərqli oalraq çox tərləyirlər, çünki tərləməyə istilikdən əlavə genetikanın, cinsiyyətin, yaşın və formanın da təsiri ilə olur. Tərdəki nəm vücuddan buxarlaşdıqca bədən sərinləyir.
Yağ hüceyrələrdən əmilərək bədənə enerji verir. Nə qədər enerjiyə ehtiyacınız olarsa, bədəniniz o qədər hüceyrələrdəki yağı əmir. Bədəndəki yağ və tər funksiyaları bir-birindən əlaqəsiz şəkildə işləyirlər.
Tərləmə, yağ yandırma mənasına gəlməsə də, çox hərəkət etdiyinizi göstərə bilir. Nə qədər idman etsəniz, bədənizdəki temperatur o qədər artır, bu da bədənin tərləyərək sərinləməsinə zəmin yaradır. Əgər tərləməyiniz idman etdiyinizə görədirsə, demək enerji xərcləyirsiniz və bunun sayəsində yağ yandırırsınız.