Duyğusal yemək nədir?
Duyğusal yemə ən bəsit halda insanın ac olmadığı halda duyğularını düzəltmək məqsədi ilə yemək yeməyə yönəlməsidir. Müalicə edilmədiyi təqdirdə ciddi bir yemə pozuntusuna çevrilmə riski var.
Duyğusal yemə ilə başa çıxmanın yolları
Fərqinə varın: Məni duyğusal yeməyə itələyən faktorlar nələrdir? Necə hiss edəndə, hansı vəziyyətlərdə duyğusal yemə ehtiyacım artır? Unutmayın ki, ilk addım fərqindəlikdir!
Özünüzü izləyin: İşə duyğu və yemək gündəliyi tutaraq başlaya bilərsiniz? Günlük olaraq yaşadığını duyğu dəyişimləri və yaşamınıza təsir etməsini qeyd etmək, şəkillər isə daha konkret şəkildə görməyinizə kömək edəcək! Qeyd dəftərcəsində duyğu, qidalandığınız qida və miqdarı onunla əlaqəli yaranan yaşanan hislərə mütləq yer verin. Beləcə, hansı duyğu altında, hansı qidadan nə qədər yedim, ardından necə hiss etdim suallarını cavablamış olacaqsınız.
Hərəkətə keçin: Çətin duyğularla baş etmək üçün daha təsirli və qalıcı alternativlər düşünün. Məsələn, mənfi duyğuları basdırmaq yerinə sağlam şəkildə ifadə etməyə, mətbəx yerinə idmana yönəlməyə çalışın.
Dəyişdirin: Ətrafınızda mühiti dəyişmək əlinizdədir. Məsələn, kaloriyası yüksək və hazır qidaları yaxınızda saxlamayın. Alış-veriş siyahınızdan əlavə nəsə almayın.
Yardım alın: Bütün əziyyətlərinizə rəğmən qalıcı bir davranış dəyişikliyi yaratmaqda çətinlik çəkə bilərsiniz. Belə vəziyyətlərdə psixoloqa müraciət etməkdən çəkinməyin.