Qadin.NET / Pəhriz və idmansız arıqlamaq istəyənlər

Pəhriz və idmansız arıqlamaq istəyənlər

Pəhriz və idmansız arıqlamaq istəyənlər

Daha çox su için

Gün ərzində hərəkətlərinizlə əlaqədar 2-3 litr su içməyiniz vacibdir. Təzə limon, nanə yarpaqları ya da xiyar dilimləri ilə gün ərzində içdiyiniz suyu dadlandıra bilərsiniz. Bitki çaylarına  da çox az və sıfır kaloriya daxil olduğundan çəki atmağınızı asanlaşdıracaq. Çəki atmanı ən çox tezləşdirən bitki çayları yaşıl çay, çobanyastığı çayı və zəncəfil çayıdır.

Pəhriz və idmansız arıqlamaq istəyənlər

Daha hərəkətli bir yaşam  tərzi seçin

Hərəkətli bir yaşam tərzinə sahib olmaq üçün, ancaq idman etmək etmək lazım deyil. İşə gəzərək getmək, lif və eskalatora minmək yerinə pilləkəndən istifadə etmək gün ərzində daha çox hərəkət etməyinizi təmin edər.

Pəhriz və idmansız arıqlamaq istəyənlər

Çox yatmayın

Nizamlı bir yuxu sağlam yaşamaq və çəki atmaq üçün vacibdir. Ancaq, yeni edilən bir araşdırmaya görə həddinnən artıq və az yatmaq çəki almağınıza səbəb olur. Gündə 7-9 saat yuxu kafidir.

Pəhriz və idmansız arıqlamaq istəyənlər

Həyatınızdakı stresi atın

Stres çəki atmağınızı çətinləşdirən vəziyyətdir. Hormonlarınızı, immunitet sisteminizə təsir edər. Gündə 10 dəqiqə ərzində dərin nəfəs alıb vermə, yoqa ya da plateslə məşğul olmaq stresi azaltmaya kömək edir.

Pəhriz və idmansız arıqlamaq istəyənlər

Yemək yeyərkən diqqətinizi boşqabınıza verin

Bir çox insan yemək yeyərkən telefonla oynayır və ya televizora baxır. Bu vərdişlər nə qədər yemək yediyinizin fərqində olmağınızın qarşısını alır və daha çox yemək yemyinizə yol açır.

Pəhriz və idmansız arıqlamaq istəyənlər

Günəşə çıxın

Lazımlı qədər günəş işığı almamaq deresiyaya yol açar və bu da çəki artımına səbəb olur. Bədənimizin səhər ya da axşam üstü gündə ən az 20 dəqiqəlik günəş işığına ehtiyacı var.

Pəhriz və idmansız arıqlamaq istəyənlər

Yemək otağınızı rəngləyin

Evinizin rəngləri iştahanıza təsir edir. İştahanızı bağlamaq üçün mətbəx və yemək otağını qırmızı və sarı rənglərlə rəngləməyin. Bu iki rəng iştahanızı və yemək yemək sürətinizi artırır. Mavi rəngdəki otaqda daha sakit və yavaşca yemək istəyəcəksiniz.

Pəhriz və idmansız arıqlamaq istəyənlər

Belinizi düz tutun

Düz vəziyyətdə oturmaq gün ərzində qarın əzələlərinın normallaşmasına köməklik göstərin.

8 mart 2017
GO BACK