Çəki atmaq üçün bir çox məşlər və pəhrizlər var. Amma bu 5 qida qarın bölgəsindəki yağları azadır.
Paxlalı bitkilər
Paxlalı bitkilərdə mədə turşusuna və həzm fermentlərinə qarşı dayanıqlı nişasta var. Bunun sayəsində paxlalı bitkilər incə bağırsaqda həzm edilmədən qalın bağırsağa bütöv vəziyyətdə çatır. Xeyirli bakterialar üçün qida mənbəyi olur və lif baxımından zəngindir.
Kəpəkli çörək
Kəpəkli çörəyə digər çörəkdən 4 qat daha çox lif, 3 qat daha çox sink və 2 qat daha çox dəmir daxildir. Kəpəkli çörəkdəki karbohidrogenlər bədənimiz tərəfindən yavaş həzm edilir və qarnımıza birdən şəkər yüklənməsi etmir. Beləliklə, daha çox uzun müddət tox qalarsınız, iştahanız kəsilər və qan şəkərinizdə ciddi yüksəlmələr olmadığı üçün ürəyiniz şəkərli qidalar istəməz.
Qarpız
Kökəlmənin qarşısını alan ən yararlı qida qarpızdır. Antioksidan xüsusiyyəti olan bir çox qidalandıran maddə daxildir, qocalmanın qarşısını alır və bədənin şişməməsini təmin edən kaliumla zəngindir.
Ənginar
Ənginarlar mədədəki şişliyin qarşısını alır və həzmi asanlaşdırır. Ənginarın bütün bu xüsusiyyətləri düz bir qarın əldə etməyinizə köməkçi olacaqdır.
Miso şorbası
Miso şorbası həzm sisteminin sağlamlığı üçün çox vacibdir. Mədə sağlamlığı üçün lazımlı olan xeyirli bakteriyalar üçün təbii bir mənbədir.