Qadin.NET / Hansı yoqa sizə uyğundur?

Hansı yoqa sizə uyğundur?

Hansı yoqa sizə uyğundur?

 

Yoqa nəfəs və hərəkətin birləşməsidir. 99 faizi praktik, 1 faizi isə nəzəri olaraq götürülə bilər. Ancaq hər araşdırdığınızda yeni bir yoqa növü daha çox yayıldığını görə bilərsiniz. Ayrıca bu yeni növün kombinasiyaları da mövcuddur və çox ənənəvi yoqaya oxşamaqdadır.

Hansı yoqanın sizə daha uyqun olduğunu görmək üçün əsas qaydalar bunlardır.

Hansı yoqa sizə uyğundur?

Vinyasa yoqa

Bu dinamik yoqa növünə axış yoqası da deyilir. Çünki bir vəziyyətdən digərinə keçmək asandır. Vinyasa yoqada nəfəs, tarazlıq, güc və elastiklik yer almaqdadır.

Çətin və güclü bir çalışma olabilər. Vəziyyətlər arasında günəşi salamlamaq, ayaqda duruş və qol tarazlıq məşqləri yer alır. Hər səviyyədəki iştirakçılar üçün uyğunlaşdırılabiləcək bir yoqa növüdür. Çalışmanın mərkəz nöktəsi nəfəsi hərəkətlə əlaqələndirməkdir.

Hansı yoqa sizə uyğundur?

Bikram yoqa

Bikram Choudhury’nin inkişaf etdirdiyi 26 xüsusi duruşdan ibarət olan bu ardıcıl sistematik bir şəkildə bədənin hər nahiyəsini işlətməyi optimal sağlamlıq və funksionallıq əldə etməyi məqsəd kimi görür. 26 duruş 40 dərəcə istilikdəki bir otaqda edilir və hər hərəkət bədəndə fərqli bir nahiyyəni işlədir.

İsti yoqa olaraq da bilinən bu üsulu yoxlamadan əvvəl yaxşı fiziki kondisyonda olduğunuzdan əmin olmaq vacibdir. Ayrıca dərsin əvvəlində, ortasında və sonrasında lazimi qədər su qəbul edilməlidir.

Hansı yoqa sizə uyğundur?

İyengar yoqa

Cərgələnməyə, kəskinliyə və detallara cəmlənmiş yoqadır. Bu çalışma zehin, bədən və duyğuları bir yerə cəmləyir. Əgər yoqada təzəsiniz və hər detala fikir verən birisinizsə, ya da yoqa təcrübəniz var, ancaq bazanızı inkişaf etdirməyi düşünürsünüzsə,  bu üsula bir şans verməlisiniz.

Hansı yoqa sizə uyğundur?

 

Ashtanga yoqa

Ashtanga yoqada dinamik bir poza ardıcıllığı nəfəslə bir - birinə bağlanır. Bu metod 6 tam və bir - birini izləyən seriyadan meydana gəlmişdir və hər poza qənaətbəxş bacarıq əldə edilənə qədər işlənilir. Daha sonra digər pozaya keçilir.

Bu öyrənmə üsulu şagirdin öz sürətində bütün pozaları tam öyrənməsini təmin edər. Bütün seriyaları eyni şəkildə başlayır və bitir. Pozalar arasında günəş salamlamaları, ayaqda duruşlar, qabağa əyilmələr və arxaya əyilmələr olur.

Sizin üçün hansı yoqanın uyğun olduğunu düşünərkən sıfırdan məşqə başlamaq istəyirsinizsə quruluşa və ya ilərləməyə əhəmiyyət verirsinizsə, Ashtanga yoqanı yoxlaya bilərsiniz.

Hansı yoqa sizə uyğundur?

Kundalini yoqa

Fərqindəlik yoqası olaraq da bilinir. Kundalini nəfəs və meditasyanı birləşdirir. Bədənin enerji sistemlərindən istifadə edərək duyğuları sabitləşdirir, stresi atır və sinir sistemini gücləndirir. Kundalini dərsərində ağ rəngdə geyinmək lazımdır.

Qərbi yoqa dərsləri olduqca fərqli olduğu üçün Kundalini dərslərində ilk dəfə qəribə hiss edəbilərsiniz. Ancaq daha ruhani bir təcrübə axtarırsınızsa, Kundalini sizin üçün uyğun ola bilər.

Tərcümə edən: Tərminə

 

1 fevral 2017
GO BACK