Qadin.NET / Kilo almağın səbəbləri

Kilo almağın səbəbləri

Kilo almanın səbəbləri və məkanları təyin olundu. Nə yediyimiz deyil, harada və necə yediyimiz də əhəmiyyətlidir. "Newsweek " jurnalı sağlamlıq redaktoru, "Bu məkanlarda yemək yemək kökəldir" deyərək 7 maddəlik bir siyahı nəşr etdi. Budur kilo aldıran məkanlar və səbəbləri:
1. Mətbəxdə atıştırmak
 Soyuducunun qarşısında ya da yemək bişirərkən  bir şeylər atıştırmak daha çox yemənizə səbəb olar.

2. İş yerində yemək
 Araşdırmaya görə, ofisdə atışdırılan yeməklər,ümumiyyətlə yüksək kalorili olur.

3. Tələsiklə yemək
 Eyni tortu 9 dəqiqədə həzm edənlər 646 kalori alarkən, 20 dəqiqədə həzm edənlərin 579 kalori aldıqları  müşahidə edildi.

4. Qaranlıqda yemək
 İşıq səviyyəsi azaldıqca iştah artır. Gecələri canımızın daha çox tez-bazar çəkməsi də buna bağlıdır.

5. Az çeynəyərək  yemək
 İşlər, kifayət qədər çeynəmənin  həzmi asanlaşdırdığını; qazı, qabarıqlığı və turşumağın qarşısını aldığını  göstərir.

6. Restoranda yemək
 Çöldə yemək yeyənlərdə obezite və yağ nisbəti daha yüksək olur. Həftədə 6-13 dəfə çöldə yemək yeyən qadınlar gündə 290 kalori daha çox alırlar.

7. Televiziya qarşısında yemək
 Ekran başında istehlak edilən yeməklər ikiqat  təhlükə meydana gətirir. Çünki adam həm hərəkətsiz qalır həm də nə qədər yediyini fərq edə bilmir.

26 iyun 2011
GO BACK