Qadin.NET / Qaçış - gözəllik və həyat hərəkətdədir...

Qaçış - gözəllik və həyat hərəkətdədir...

Qaçış - gözəllik və həyat hərəkətdədir...
Əvvəlki yazılarımızda qaçışı idmanın ən sadə, mümkün, faydalı növlərindən biri kimi göstərmişdik və düzgün qaçmağı necə öyrənməyi izah etmişdik. Bu gün isə qaçışın gözəlliyə, iş qabiliyyətinə, əhval-ruhiyyəyə, təsirini qeyd edəcəyik.
Qaçmaq haqqında heç düşünmürsünüzsə, bu yazıdan sonra qaçmağı bir yoxlayın və müsbət təsirini mütləq görəcəksiniz. Və lütfən, bəhanələr olmasın ki, vaxt yoxdur, oturduğum yerdən güclə qalxıram və s. Haydı, birbaşa stadiona (və ya sahilə, parka)!
Qaçış - gözəllik və həyat hərəkətdədir...

Təmiz havada qaçmaq daha faydalıdır, amma buna imkan yoxdursa, qaçış bandı da pis deyil.

Qaçış - gözəllik və həyat hərəkətdədir...

Qaçışın gözəlliyə təsiri nə ola bilər? İlk növbədə bədəni normal çəkidə saxlamağa kömək edir, dərinin nəfəs almasına və bununla da üzün gözəl və təravətli görünməsinə səbəb olur. Xanımlarda sellülit problemini yox edir.

Qaçış - gözəllik və həyat hərəkətdədir... 

Ən faydalı qaçış yavaş qaçışdır, həm də şortla. Qədim Yunanıstanda da bu haqda deyilmişdi ki, az geyimli qaçış insana gözəllik, sağlamlıq və ağıl verir.

Qaçış - gözəllik və həyat hərəkətdədir... 

Yarım saatdan çox qaçırsınızsa, orqanizminizdə endorfin hormonları meydana gəlir ki, bu da depresiya əleyhinə əvəzedilməz dərmandır. Eyni zamanda təzyiq normallaşır.
Qaçış enerjini çoxaldır,pozitiv emosiyalar yaradır.

Qaçış - gözəllik və həyat hərəkətdədir...

Qaçış üçün ayaqqabı seçimi olduqca vacib elementlərdən biridir. Ayaqqabı alarkən mütləq üstündəki yazılarda "qaçış üçün" və ya "runnig" yazısı olan modelləri alın.

Qaçış - gözəllik və həyat hərəkətdədir...

Qaçarkən geyəcəyiniz idman kostyumları da rahat və tərlətməyən olmalıdır.

Qaçışdan əvvəl yüngül idman hərəkətləri ilə bədən isidilir. Yəni isinmə hərəkətləri 10 dəqiqə qədər davam etdirilir.

Sonra qaçış başlayır.
Birinci həftə yavaş qaçışla 15 dəqiqədən bir yürümə fasiləsi ilə...
İkinci, üçüncü həftə, yenə eyni qayda ilə 20-25 dəqiqədən bir yürümə fasiləsi ilə...
Dördüncü həftə .... 30 dəqiqən bir yürümə fasiləsi ilə...
Bu minvalla həftədə 2 saata qədər qaçırıq. Bu normanı 3-4 günə bölməklə gündə 30-40 dəqiqə qaçırıq
Doğru qaçış:
Gövdə - düz
Baş - arxaya,önə sallanmadan
Əllər -sinəyə yaxın
Dərin nəfəsalma ilə ağciyərləri təmizləyirik.

Qaçış - gözəllik və həyat hərəkətdədir...

Qaçışı nə vaxt və harda etmək hər bir insanın öz həyat tərzinə görə dəyişir.  Amma ən yaxşı vaxt səhərlər, təmiz havada qaçmaq çox, çox və çox faydalıdır...

Gözəlliyə doğru qaçmağa başlayın əziz xanımlarımız!

27 aprel 2016
GO BACK