Əziz Qadin.Netlilər, bu dəfə sizləri şoka salacağam. Bu haqda oxuyanda öz gözlərimə inana bilmədim. Bütün hamiləlik yaşamış xanımlar etiraf edə bilərlər ki, qarın əzələlərinin bərpası bir müddət zaman tələb edir. Qırışların, çatların yox olması və ya görünməməsi tədricən mümkün olur. Ancaq bu xəbər sayəsində fikrimizin əksini öyrənəcəksiniz. Sən demə zamanında idmanla məşğul olmuş xanımlar hamiləlik boyu və hamiləlikdən dərhal sonra idmanla məşğul olarlarsa, qarın əzələsini daha qısa müddətdə bərpa edə bilərlər.
27 yaşlı Sia Kuper fitness və sağlam qidalanmaq üzrə mütəxəssisdir. O öz üzərində nümunə göstərərək xanımlarımıza mümkünsüzün mümkün olduğunu sübut edib.
Sia bu günlərdə ikinci övladını dünyaya gətirdi və hamiləlik boyunca bir gün belə olsun məşqlərə ara vermədi. Bu şəkillər vasitəsi ilə özünü öymək üçün yox, xanımlarımıza nümünə olmaq və stimul olmaq niyətindədir.
Sianın hamiləlik dən dərhal sonra sanki heç hamiləlik keçirməmiş bir qarına sahib olması inanılmazdır.
Demək ki, həqiqətən də ümid sonuncu ölər. Sağlamlığımızın, gözəlliyimizin keşiyində qalaq.