Pəhriz üçün ilk şərt həvəs və hədəfdir. Bəzi vaxtlar həvəsiniz azalırsa, onu necə qaytarmağı bilirsinizmi? Bu məqalə məhz bunu üçündür.
Pəhriz saxlamaq, çəki vermək
Arıqlamaq həqiqətən də çətin bir mərhələdir. Pəhriz ilk vaxtlarda işə yarayıb, çəki verdiyimizi görəndə həvəsimiz artır. Ancaq bir müddət sonra pəhrizə davam etmək çətinləşir və çəki verməyimizin sürəti azalır. Pəhrizi pozmaqla davam etmək arasında gedib-gəlirik. Pəhrizin saxlanmasından daha çətin vaxt məhz budur, bəzən atdığımız çəkiləri də geri ala bilərik.
Bu mərhələni hamımız yaşayırıq. Həvəsdən düşdüksə pəhrizi buraxırıq. Bunun səbəblərini başa düşək ki, növbəti pəhrizdə eyni problemləri yaşamayaq.
Pəhriz vaxtı çəki atmağınız yavaşlaya bilər.
Pəhrizə başladığımız ilk vaxtlar çəki çox getsə də daha sonralar bu göstərici azalır. Hətta bəzən idman da kömək etmir. Maddələr mübadiləmiz orqanizmimizin qərarlarına uyğun fəaliyyət göstərir. Yəni biz az yesək o az həzm edəcək. Buna görə də pəhrizin lap əvvəlindən bunu nəzərə alıb, pəhriz boyunca da həvəsdən düşməməyiniz lazımdır.
Lap tez-tez acmağa başladınız?
Pəhrizin ilk vaxtları ac qalsanız da, acmırsınız, lakin vaxt getdikcə pəhriz qidaları sizi doydurmur. Arıqlama davam etdikcə vücudda şəkərin səviyyəsi qalxar, bu baxımdan dietoloqla məsləhətləşin, ara paylara nəsə əlavə etməklə bu problemi həll edə bilərsiz.
Eyni qidalar sizi yorar
Pəhriz hər fərd üçün fərqlidir və insanın öz istəkləri üzərindən qurulmalıdır. Fəqət hər gün şirniyyat, tort, dondurma, yağlı qızartmalar da yeyərək arıqlaya bilməzsiniz. Çox darıxdırıcı hiss etdiyiniz vaxtlar dietoloqunuzla məsləhətləşərək həftədə bir və ya iki dəfə arzuladığınız qidalardan yeyə bilərsiniz. Pəhriz cədvəlinizə fərqli nələrsə əlavə edə bilərsiniz. Məsələn axşamlar meyvə əvəzinə yarım simit, meyvəli yoqurt, kəpəkli qurabiyə yeyə bilərsiniz.
Elə hey pəhriz?!
Əlbəttə ki, pəhriz uzun və çətin prossesdir. Mütəmadi olaraq pəhrizdə olduğunuzu fikirləşmək sizdə psixoloji məhdudiyyət hissini yaradar. Və yorularsınız. Ona görə də siz pəhrizdə deyilsiniz ki, siz sadəcə sağlam qidalanırsınız və bu sağlam həyat tərzinə xidmət edir.
Ətrafdakıların yorucu fikirləri
Pəhrizə başlayandan sonra ətrafınızdakılar çox çəki itirdiyiniz görüb sizə “üzün çöküb artıq, pəhrizi burax, çox tez arıqladın bu qədər bəsdir” –kimi sözlər deyəcəklər. Bunlar da sizi həvəsdən sala bilər. Amma siz əvvəldən dietoloqunuzdan soruşun nə qədər çəki atmaq lazım olduğunu və belə məsləhətlərə qulaq asmayın.
Pəhriz qurtaranda yenə kökələcəm fikri
Orqanizmanız çəki yığmaq üçün ən xırda səhlənkarlığı belə dəyərləndirib piy ehtiyatı yığacaq. Fəqət arzuladığınız çəkiyə çatıb onda sabit 6-7 ay qaldıqdan sonra necə qidalanmağınızdan aslı olmayaraq çəkiniz artmayacaq.
Bir həftə pəhrizi pozsanız həvəs azala bilər
Təbii ki, heç kimin həyatı qüsursuz deyil, bunun xəstələnməyi var, işi, yorğunluğu var. Bu mərhələdə çəki artar, hətta əvvəlkindən artıq çəki ala bilərik. Buna görə həvəsdən düşmək lazım deyil. Çünki o hamının başına gəlir, pəhriz cədvəlinə heç kim dəqiq şəkildə əməl edə bilmir, mütləq arada bir çatışmazlıq olması təbiidir. Pəhrizi pozandan sonra heç bir şey olmamış kimi davam edin. Bir müddət sonra əlavə çəkilərin yox olduğunu görəcəksiniz.
Pəhriz saxlamamaq üçün bəzi bəhanələr
Bu həftə idmana gedə bilmədim, imkan olmadı, vaxt olmadı, evdən uzaqdaydım və s. Bu kimi fikirlər əslində bəhanədir. Bunların əvəzinə nə üçün pəhriz saxlamalı olduğunuzu xatırlayın və bir an öncə pəhrizə davam edin.
Pəhrizi necə pozmayaq?
Çəki vermək hədəfinizi qısa vaxtda və az qoyun. Məsələn 100 kq-la başlamışsınızsa iki ayda 7-8 kq verməyi planlaşdırın. Sonra 92 kq çəki ilə pəhrizə başlayın. Təzə pəhriz formaları sınayın. Eyni soyutmaları yeməyin. Məsləhətlə yeni qidalar əlavə edin. Pəhrizi pozmaq dünyanın sonu deyil. Pozmusunuzsa da heç nə olmamış kimi yenidən başlayın. Gün ərzində istədiyiniz, arzuladığınız qidaların cədvəlini tutaraq dietoloqunuza deyərək necə yeyə biləcəyiniz öyrənin. Səbəb yaratmaq əvəzinə həllini tapın. Özünüzlə üzləşin, lazımdırsa psixoloqa müraciət edin. Bir həftə çəkiniz getməyə bilər, bunu dərd etməyin. Həvəslənmək üçün özünüzü mükafatlandırın, lakin o yemək yox kiçik hədiyyələr olsun.
Hər yerdə pəhrizinizdən danışmayın, bunu xüsusi bir vəziyyət yox, sağlam həyat tərzi kimi qəbul edin. Kənar məsləhətlərə də (mən filan qədər su içdim sən də iç) fikiri verməyin. Özünüzə güvənin!