Məsləhətlər:
1. Bol su içməlisiniz. Gündə 2-3 litr.
2. Gündə 1-2 fincan yaşıl çay içməlisiniz. Edilən elmi araşdırmalar yaşıl çayın maddələr mübadiləsi sürətini artırdığını göstərib. Bu artım bütün artıq yağlarınızı yanacaq qədər ciddi ölçüdə olmasa da, gündəlik enerji itirməyinizə çox kiçik bir miqdarda kömək edəcək.
3. Gündə 1-2 fincan qara çay və qəhvə içmək də kofeinə görə çəki azalmasına təsir göstərəcək. Daha çox içdiyiniz vaxt da bədəndən su itkisini artırdığı üçün kilo verməyi çətinləşdirir.
4. Yeməklərinizə bol miqdarda qırmızı acı bibər əlavə edin. Acı qırmızı bibərin tərkibində olan "kapsaisin" adlı maddə bədəndə istilik hissini artıraraq daha artıq enerji sərf olunmasına səbəb olur.
5. Omeqa3 istifadə edin. Omeqa3 qan xolesterolu üzərindəki müsbət təsirləri, beyin funksiyaları və immunitet sistemi üzərində əhəmiyyətli təsirləri ilə yanaşı maddələr mübadiləsinin düzgün işləməsində də böyük rolu vardır. Omeqa3 yağ turşusu əksik olan kəslərdə maddələr mübadiləsinin yavaşladığı bilinir. Həftədə 2-3 dəfə balıq qəbul etmək və ara paylarda təxminən bir ovuc yağlı quru çərəz (fındıq, badam, qoz) qəbul etsəniz, maddələr mübadilənizin canlanmasını təmin edə bilərsiniz.
6. Yumurta maddələr mübadiləsini artırmaqda təsirlidir. B qrupu vitaminlərdən biri olan biotin yumurtada çox miqdarda vardır. Sağlam şəxslərin və xolesterolu yüksək kəslərin əgər allergiya problemi yoxdursa, hər gün bir ədəd yumurta yemələri bahar zamanı maddələr mübadiləsinin bir az daha sürətli işini təmin edəcək. Biotinin bədəninizə təsirli bir şəkildə istifadə edilməsini istəyirsinizsə, yediyiniz yumurtanın sarısının tam bişdiyinə əmin olun.
7. Kifayət qədər və düzgün vaxtlarda zülal qəbul etməlisiniz. Bədəniniz kifayət qədər və hər gün zülal qəbul etməzsə, maddələr mübadiləsi yavaşlayar. Zülal bədənimizin təməl quruluş daşının qaynağıdır. Kifayət qədər zülal qəbulu bədənimizi güclü və sağlam edir. Ana yeməklərinizdə heyvani zülal qaynaqları olan süd və süd məhsulları, ət növlərinə tez-tez yer verərək bədəninizin nizamlı işini təmin edə bilərsiniz.
8. Tam taxıllar maddələr mübadiləsini ən möhkəm gücləndirən qidalardır. Tam taxıl məhsulları B vitaminləri ilə olduqca zəngindir. B qrupu vitaminləri bədəndə enerji istehsalında istifadə olunur. Lifli qidaların isə həzmi daha uzun müddət aldığı üçün bədənin enerji xərcləməsini artırırlar. Maddələr mübadilənizə cüt istiqamətli dəstək vermək məqsədiylə ağ un və ağ çörək yerinə tam taxıl unları və çörəkləri seçməlisiniz.
9. Uzun müddət ac qalmaq maddələr mübadiləsini yavaşladan ən böyük təhlükədir. Qida istehlakından 3-4 saat sonra qan şəkəri düşməyə başlayır. Düşən qan şəkərini bədən aclıq vəziyyəti olaraq qəbul edərək xərclədiyi enerjini, yəni maddələr mübadiləsini yavaşladır. Yeməkləriniz arasında 2-3 saat olmasına diqqət göstərərək və gün ərzində 4 saatdan daha uzun müddət ac qalmamağa diqqət edərək bu riski aradan qaldıra bilərsiniz.