Qadin.NET / Tezliklə arıqlamağı vəd edən pəhrizlər əslində necə işləyir

Tezliklə arıqlamağı vəd edən pəhrizlər əslində necə işləyir

Tezliklə arıqlamağı vəd edən pəhrizlər əslində necə işləyir

 

Bir çox ağır pəhrizlər yemək rasionumuzdan bəzi qidaları çıxardaraq bizə qısa bir müddətə sürətlə arıqlamağımızı vəd edir. Biz də aclığa dözərək bu pəhrizə əməl edirik və həqiqətən arıqlayırıq, amma sonradan arıqlama prosesi dayanır və nəticə dayandığında əvvəlki yemək rejimimizə qayıdırıq və bu an bir sürpriz ilə qarşılaşırıq: qısa müddətdə əvvəlkindən də çox kilo almış oluruq.

Bu prosesin necə və nəyə görə baş verdiyini sizə yazılı sürətdə izah edəcəm. Diqqətlə oxuyun və bu barədə məlumatınız olsun.

Deməli, biz hələ pəhrizə keçməmişdən öncə, yəni kök, və ya dolu olduğumuz halda (kilo yerində durduğunda)  qəbul etdiyimiz kalori ilə xərclədiyimiz kalori bərabərlik təşkil edir (xərclənən kalori daha az olduqda kökəlmə prosesi davam edir). Pəhrizə keçdiyimiz anda qəbul etdiyimiz kalori azalır və xərclədiyimiz kalori durduğu yerdə, yəni artıq bu vəziyyətdə qəbul ediləndən daha çox olur və bununla bədən arıqlayır. Amma bir müddət keçdikdən sonra bədən lazımından az kalori qəbul etidiynə görə xərclədiyi enerjiyə olan gücü azalır, bədən zəifləyir və belə halda lap əvvəldə olduğu kimi, qəbul olunan və xərclənən enerji bərabərlik təşkil edir. Bu cür halda bədən durduğu yerdə qalır və arıqlamır. Siz düşünürsüz ki, artıq kilo verə bilmirəm, bədən də zəifləyir, yorulur bu pəhrizdən, kalori xərcləməyə güc qalmayıb və aclıqdan birtəhər olursuz. Açırsız soyuducunu və əvvəlki kimi başlayırsız yeməyə. Bu cür vəziyyətdə nə baş verdiyiniz, izah edirəm.  Qəbul edilən kalori sürətlə artır,bədən hələ tam özünə gələ bilmədiyinə görə xərclənən enerji səviyyəsi hələ aşağıda olur. Ac bədən qəbul etdiyi yeməkləri özünə təmamilə hopdurur. Və enerji qəbulu qalxır, xərcələnən enerji aşağı olur, bu müddətdə enerji xərcliyi qıtlığı yaranır, beləliklə orqanizm sürətlə kökəlməyə başlayır. Ta ki, enerji xərcliyi normaya qalxana kimi bədən beləcənə kökəlməyə davam edir.

Bunun üçün arıqlamağın yalnız və yalnız 1 yolu var: balanslaşdırılmış yemək ilə az kalorili yeməklərə üstünlük vermək və fiziki hərəkətlər ilə enerji xərcliyini enerji qəbulundan 1 pillə daha çox etmək.

Tezliklə arıqlamağı vəd edən pəhrizlər əslində necə işləyir

 

 

 

 

20 aprel 2011
GO BACK