Artıq çəkidən əziyyət çəkənlər üçün iştahı azaldan qidaları tanımaq olduqca vacibdir. Odur ki, yaxın əyləşin və iştahı azaldan qidalarla tanış olun. Onları tanımaqla həm mədənizi doyurun, həm də iştahınızı azaldın ki, növbəti qidalara meyl etməyəsiniz.
Yumurta
Yumurta ən vacib zülal qaynağıdır. Toxluq hissi bəxş etdiyi və aşağı kaloriyə sahib olduğu elmi cəhətdən sübut edilmişdir. Səhər yeməyində bir ədəd yumurta yeyə bilərsiniz. Bişirərkən diqqət edin ki, çox az kərə yağı istifadə edəsiniz. Hər səhər yumurta yesəniz, günlük zülal ehtiyacınızı ödəməklə yanaşı, doymuş (iştahsız) olacaqsınız.
Yaşıl çay.
Yaşıl çay bədəni zərərli maddələrdən təmizləməklə yanaşı, həm də hüceyrələrin yenilənməsinə kömək olur. Bununla yanaşı bədənin aktivliyini artırır, yağ yandırır və uzun müddətli toxluq hissi bəxş edir. Bu səbəblə gün ərzində 1-2 stəkan yaşıl çay içərək həm enerjinizi bərpa edə, həm də tox qalmış olarsınız.
Badam
Badam vitamin, mineral lif baxımından zəngindir. Badam tox qalmağınıza kömək etməklə yanaşı, sağlam dəri və saçlara sahib olmağınıza səbəb olacaq. Eyni zamanda badamın tərkibindəki omega-3 yağı sayəsində ürəyinizin sağlamlığını qorumuş olacaqsınız. Gün ərzində 5-6 ədəd badam yeməklə mədənizi tox tuta, sağlam arıqlaya bilərsiniz.
Sirkə
Sirkə ev təmizliyinə, bədən sağlamlığına, gözəllik kimi bir çox sahələrdə istifadə edilir. Sirkə eyni zamanda iştah kəsə və üzün zaman toxluq hissi bəxş edə bilər. Mədənin həzm etmə prosesini yavaşladır və bununla da aclıq hissini gecikdirmiş olur. Salat və yeməklərinizə əlavə edərək iştahınızı kəsin və sağlam qidadan zövq alın.
Darçın
Darçın enerji verməklə yanaşı əvəzedilməz qoxuya malikdir. Tibbi tədqiqatlar sayəsində məlum olmuşdur ki, darçın aclıq hissini aradan götürür. Bunu məhz qandakı şəkərin yüksəlməsini azaltması ilə həyata keçirir. Bir dilim alma üzərinə darçın səpib hər acdığınızda yesəniz həm tox qalacaqsınız, həm də artıq çəkidən xilas olacaqsınız.