Qadin.NET / Addım-addım doğru qidalanmaq

Addım-addım doğru qidalanmaq

Dietoloq Tuba Kayan Tapan iş həyatına da doğru qidalanmağın mümkün olduğunu deyib. Budur 16 addımla doğru qidalanmağın yolu ilə tanış olun. Çəki itkisi əvvəlcə yorğunluq və halsızlıq hissini aradan qaldıracaqdır. Diqqəti artırmaq üçün qida rasionuna mütləq antioksidanla zəngin və omeqa 3 tərkibli qidalar qəbul etmək lazımdır.

Fast food və digər atışdırmalıqlara son verməyin zamanı gəldi.

Ofisdə işləyənlərin kökəlmələrinin başlıca səbəbi budur. Atışdırılan atışdırmalıqlar, nahar yeməklərində fast food tərzi qidalanma, su yerinə tez-tez şəkərli çay, qəhvə və işləmə saatları səbəbləri ilə ofis içərisində ara nahar yaratmaq və uzun iclasların sonunda ara və ya nahar yeməklərinin təxirə salınması-bunların hamısı sağlam qidanın qarşısına sədd çəkir.

Naharı əsla yaddan çıxartmayın.

Dietoloq doğru bir qidalanma planı hazırlayarkən ofis mühitində işləyənlərin əvvəla səhər yeməyini yaddan çıxarmamaqlarını vurğulayıb. Günün ən vacib naharı, şübhəsiz ki, səhər yeməyidir. Səhər yeməyi yemədən bir günə başlamaq sağlığa, o günkü ruh halına və iş rejiminə pis təsir edər.

Addım-addım doğru qidalanmaq

Günə səhər yeməyi ilə başlayın.

Xəmir tərkibli qidalar yüksək karbonhidratlı olduğu üçün yuxu və yorğunluq hissi yaradacaqdır. Bunun yerinə ağ pendiri, dil pendiri və duzsuz loru tərcih etməlisiniz. Yumurta və pomidor, xiyar, zeytun tərkibli bir səhər yeməyi protein, omega 3 və antioksidanlarla zəngin olar. Belə bir qidalanma hər cəhətdən faydalıdır.

Həm sağlam, həm də sürətli bir səhər yeməyi.

Əgər dəhər yeməyini tez yeyib bitirmək istəyirsinizsə, o zaman 1 stəkan süd və qoz və ya 1 kasa qatıq və alma yetərli olacaqdır. 

Addım-addım doğru qidalanmaq
6 dekabr 2014
GO BACK