Arıqlamaq istəyənlərin köməyinə hər zaman meyvə və tərəvəzlər yetişir.Onu da qeyd edim ki, İsveçlilər myusli, Macarlar sirkə, Malazyalılar isə zəncəfil ilə arıqlayırlar.
Açıq buget, şirniyyat və dondurmalar yedikdən sonra artıq çəkilər başa bəla olur. Mütəxəsislər hər ölkənin fərqli bəslənmə vərdişlərinin olduğunu deyir, arıqlamaq istəyənlərə isə fərqli ölkələrdən pəhriz sirləri verirlər. Budur, hər millətə məxsus asan şəkildə istədiyiniz formaya qovuşmağa köməkçi olacaq qidalanma məsləhətləri.
İsveçrə
İsveçrəli elm adamları təqribən yüz il əvvəl myuslini xəstə qidası olaraq görsə də, indilərdə səhər yeməyinin yerinə ya da xəfif bir axşam yeməyi yerinə yeməyi məsləhət bilirlər. Myusli orqanizmi uzun zaman tox tutur. Bununla yanaşı həzm sistemini də qaydaya salır.
Macarıstan
Turşu Macarlar üçün vazkeçilməz bir qidadır. Turşunun içindəki sirkə qan şəkərinin düşməsinə və yağ yaranmasının qarşısını almağında köməkçi olur. Əgər turşu sevmirsinizsə, salatlarınıza sirkə əlavə edə bilərsiniz.
Hollandiya
Hollandiyalıların velosiped sürmək vərdişləri olduğu üçün daha rahat istədikləri formanı əldə edə bilirlər. Bundan əlavə onlar axşam yeməklərində bütün tərəvəzləri pörtlədərək yeyirlər.
Tayland
Acı bibər maddələr mübadiləsini sürətləndirərkən yemək yemə zamanını da uzadır, yəni insanı uzun müddət tox tutur. Tayland mətbəxi isə acılı yeməklərdə dünya sıralamalarında ilk sıralarda yer tutur.
Polşa
Palşalılar evdə yeyərək həm yağlarını, həm də yeməyin miqdarını tənzimləyərək formalarını qoruyurlar. Bundan əlavə hər yemək zamanı əvvəlcə bir kasa şorba içirlər.
İngiltərə
İngilislərin pəhriz sirləri paylardadır. Onlar fasfood və ya şirniyyat yeyərkən kiçik paylara üstünlük verirlər. Qazlı və spirtli içkiləri də müəyyən miqdarda qəbul edirlər.