Qadin.NET / Bu 9 qida arıqladır!

Bu 9 qida arıqladır!

Arıqlama dövründə xərclədiyiniz kalorinin aldığınız kaloridən az olması çox əhəmiyyətlidir. Buna görə yediklərinizi azaltmaq və hərəkət etmək arıqlamada son nöqtədir. Ancaq araşdırmalar bəzi qidaların da arıqlamağa və yağ yandırmağa köməkçi olduğunu göstərir. Dietoloqlar həm arıqlamağa kömək edən, həm də sağlamlığa faydalı 10 möcüzə qidanı təqdim edir:

Bu 9 qida arıqladır!

Yulaf

Qan şəkərini sürətlə yüksəltməz, qlisemik indeksi çox aşağıdır, mədədə suyla birləşib şişər. Bu xüsusiyyətləri ilə yulaf daha uzun müddət insanda toxluq hissi yaradar. Buna görə daha uzun müddət tox olarsınız, tez acmazsınız, daha az kalori alaraq daha sürətli arıqlayarsınız.

Bu 9 qida arıqladır!

Badam

 Xrom bir növ mineraldır və xüsusilə arıqlamada çox təsirlidir. Xrom insulinin tərkibində də vardır, qan şəkərini nizamlamada təsirli olan insulinin təsirini artırır. Qan şəkərini və şəkərə istəyi azaldır. Badamda yüksək miqdarda xrom var. Buna görə də ara pay kimi hər gün 6-7 ədəd badam yeyin. Lakin qovrulmamış və duzsuz (yəni çiy badam) olsa, lap yaxşı olar.

Bu 9 qida arıqladır!

Yarma (bulqur)

Həm qan şəkərini daha yavaş yüksəldir, həm də insanı tox tutur. Yağsız bişirildiyi təqdirdə karbohidratlar arıqlamağınıza kömək edir. Yeməyin yanında az zeytun yağlı bulqur və ya 3-4 qaşıq kəpəkli makaron istifadə edilə bilər.

Bu 9 qida arıqladır!
Banan
 
Triptofan zülalların böyük bir hissəsində olan amin turşusudur. Bədəndə serotonin hormonunun meydana gəlməsində əhəmiyyətli bir rolu var. Serotonin isə iştah hissini azaldır. Xüsusilə bananın triptofan miqdarı çoxdur. 1 payda 1 kiçik ölçülü banan və 1 kasa qatıq yeməyiniz çox faydalıdır. "Bananın kalorisi yüksəkdir, pəhriz zamanı istifadəsi düzgün deyil, çəkini artırır" şəklindəki məlumatlar səhvdir.
Bu 9 qida arıqladır!
Cəfəri
 Şişlər arıqlama əsnasında xüsusilə qadınlarda tez-tez rast gəldiyimiz və arıqlama müddətini yavaşladan vəziyyətdir. Şiş - bədənin normadan çox su toplamasıdır. Bu problemdən qurtulmaq üçün salatlarda və yeməklərdə cəfəridən istifadə etmək lazımdır. İstəsəniz, qaynadıb suyunu da içə bilərsiniz.
Bu 9 qida arıqladır!
Yumurta
 Pəhrizdə ən böyük problem acmaqdır. Aclıq hissini ört-basdır etmək və uzun müddət tox tutan qidalar pəhrizdə çox əhəmiyyətlidir. Yumurta insanı uzun müddət tox tutur və hər gün xüsusilə yağsız olmaq şərtiylə naharda istifadə etmək məsləhətdir.
Bu 9 qida arıqladır!
Paxla (lobya)
 Albumin çox əhəmiyyətli daşıyıcı zülaldır. Aparılan araşdırmalarda iştahı kəsdiyi müşahidə edilmişdir. Bu zülal triptofan yaradaraq beyinə daşıyır və serotonin istehsalını artırır. Albuminə noxud, fıstıq və paxlada daha çox rast gəlinir. Buna görə zeytun yağlı təzə paxla istifadəsi olduqca faydalıdır. Paxlanı ət yeməklərinin yanında qarnir kimi buxarda bişirərək istifadə etmək məsləhətdir.
Bu 9 qida arıqladır!
Zəncəfil
Aparılan araşdırmalarda zəncəfilin maddələr mübadiləsinin sürətini artırdığı müşahidə edilmişdir. Buna görə də yeməklərinizə toz zəncəfil, salatlara isə kub formasında doğranmış təzə zəncəfil əlavə edə bilərsiniz. Yaşıl çayın içinə də yarım çay qaşığı toz zəncəfil və darçın əlavə edərək istifadə edə bilərsiniz.
Bu 9 qida arıqladır!
Şorba
İştahın azalması arıqlamaq üçün çox əhəmiyyətlidir. Buna görə də mədənin tutumunu dolduracaq az kalorili qidalar qəbul etmək lazımdır. Şorba həm aşağı kalorili olur, həm də yeməyin əvvəlində yeyildiyi üçün mədənin dolmasına və ana yeməyin daha az yeyilməsinə səbəb olur. Kremli şorbalar xaricində bütün şorbalardan istifadə edə bilərsiniz. Şorbanın lif məzmununu artırmaq üçün şorbaya tərəvəz və yarma (bulqur) əlavə edə bilərsiniz.
29 fevral 2016
GO BACK