Qadin.NET / Az ye, çox yaşa

Az ye, çox yaşa

Az ye, çox yaşa

Yaşlanmanın gecikdirilməsi üzrə araşdırmalar aparan elm adamları sübut etdilər ki, əgər insan gün ərzində qəbul etdiyi qidanı 40 faiz azaltsa, ömrünü 20 il uzada bilər. Az yeyənlər uzun ömür sürür. Amma az yemək deyəndə söhbət  keyfiyyətli qidalardan gedir.

Tədqiqatlar zamanı aydın oldu ki, qocalmanın genlərdən asılı olmasına baxmayaraq, qəbul etdiyimiz qidalar da bu məsələdə əhəmiyyətli rol oynayır.  Bu barədə olan tədqiqaların bəzilərinin nəticələri belədir: London Universitetində təcrübə aparan alimlər belə qərara gəliblər ki, insan gün ərzində qəbul etdiyi qidanın 40 faizini azalda bilsə, ömrünü 20 il uzada bilər. Amerika Sağlamlıq Mərkəzinin dərc etdiyi məqalələrin birində isə qeyd edilir ki, araşdırmalar nəticəsində məlum olub ki, 6 ay ərzində 25 faiz daha az kalorili qida qəbul edənlər digərləri ilə müqayisədə daha çox yaşayırlar. Bu tədqiqata qoşulan və üzərində təcrübə aparılan şəxslər təcrübə müddəti ərzində çəkilərinin 15 faizini itiriblər. Onlar gün ərzində 2000 kalori qəbul emtiş və arıqlamışlar.  Nəticədə onlarda insulinin miqdarı və bədən hərarəti azalıb, DNT-lərində oksidləşmə ilə əlaqədar daha az zərər yarandığı aşkar edilib. DNT-lərdəki bu zərərlər qocalma əlaməti kimi qəbul edilir.

Az ye, çox yaşa

İnsan orqanizmi nə qədər az kalori qəbul etsə, onun qocalma tempi də bir o qədər aşağı düşür. Əgər siz də az qida qəbul edərək çox yaşamaq istəyirsinizsə, o zaman bu 6 maddəni qətiyyən nəzərdən qaçırmayın.

1. Qidalanma gündəliyi tutun   
 Gün ərzində qəbul etdiyiniz bütün qidaları və içkiləri bir yerə qeyd etməyə başlasanız, bir müddət sonra daha az qida qəbul etdiyinizi görəcəksiniz. Yediklərinizin siyahısını tutmaq gün ərzində nələr yediyinizə baxmağa kömək edəcək. Siyahıya hər axşam baxaraq oradan müəyyən qidaları çıxaracaq və növbəti gündə həmin günə nisbətən daha az yeməyə cəhd edəcəksiniz.  Beləcə yediklərinizin, bədəninizin və ruhunuzun hakimi nəfsiniz yox, siz özünüz olacaqsınız.
 2. Yediklərinizi bölün
Tədqiqatlar göstərir ki, maraqlı və qeyri-adi görünsə də qida porsiyalarını yarıya bölüb qəbul etmək işə yarayır. Bu təcrübəyə qatılanların hər birinə tək-tək bağlanmış 24 ədəd peçenye verilib. Birinci qrup həmin peçenyeləri 24 günə yeyib bitirib. Digər bir qrupa isə 24 peçenye bir qutuya qoyularaq verilib. Bu qrup isə təqribən 6 gün ərzində 24 peçenyenin hamısını yeyib bitirib.
Az ye, çox yaşa
3. Ədviyyatlardan istifadə edin
Yeməklərinizə müxtəlif növ ədviyyatlar vurun. Bu ədviyyatların nəticəsində tez doyar və toxluq hiss edərsiniz. Yeməklərinizə vurduğunuz ədviyyatlar qidaların tərkibindəki kalori tərkibinə birbaşa təsir etmir. Ancaq yeməyə qatdıqları dad sizin daha tez doymağınıza təsir edəcək. Təcrübələr nəticəsində bu üsulun həqiqətən də işə yaradığı sübuta yetirilib.
Az ye, çox yaşa
  4. Kaloriləri qida olaraq qəbul edin
Tərkibində hər hansı turşu olan bir qutu içkidə 150 kalori var. Gün ərzində belə qutu içki içsəniz, 450 kalori qəbul etmiş olacaqsınız.  Ona görə də çalışın kalorini belə içkilərdən deyil, yeməklərinizdən qəbul edin. Çoxlu su için.
Az ye, çox yaşa

5. Anidən yaranan həvəslərə qarşı diqqətli olun

    Elə insanlar var ki, televizorun qarşısında oturarkən anidən könlündən nəsə yemək keçir. Bəziləri isə stress anında daim nəyisə yemək hissi ilə mübarizə aparmalı olur. Stress hormonu olan kortizol iştahı artırır. Buna görə də sizdə yeməyə həvəs yaradan amilləri tapmalı və bu kimi hallarla mübarizə aparmalısınız.

Az ye, çox yaşa
6. Kiçik qablardan istifadə edin
 Kiçik qablardan istifadə etməyə başlasanız, porsiyalarınız da azalar və qabınızı da dolu görüb istər-istəməz gözünüzü doydurarsınız. Beləcə, həm az yemiş olar, həm də əgər köksünüzsə, bir müddət sonra artıq çəkilərinzdən də azad olarsınız.
28 aprel 2014
GO BACK