Qadin.NET / Meyvə yeməklə 12 günə arıqlayaq

Meyvə yeməklə 12 günə arıqlayaq

 

Meyvə yeməklə 12 günə arıqlayaq

 

12 günə pəhriz proqramı olmadan da arıqlamaq mümkündür. Arıqlamaq üçün pəhriz proqramları axtarmaqdansa bol meyvə yeyərək artıq çəkidən xilas ola bilərik.

Meyvələri sevməyən, lakin artıq çəkidən hər zaman şikayət edənlər 12 günlük meyvə pəhrizi ilə sağlam arıqlaya bilər. Dietoloqlar meyvə sevməyənlərin soyuducularını hər fəslin öz meyvəsi ilə doldurmağı məsləhət görürlər. Eyni zamanda aşağıdakıları da sadalayırlar. 

Meyvə yeməklə 12 günə arıqlayaq

Şaftalı, qarpız, yemiş, ərik, gilas, alma, çiyələk, üzüm kimi meyvələr gün ərzində itirilən su və mineral duzları bərpa edir. Gənc və gözəl qalmaq üçün lazım olan vitamin və antioksidantları özündə cəmləyən meyvələr liflərlə bol olduğu üçün bağırsaq fəaliyyətini də nizama salır. Beləliklə, bədəninizdəki zərərli maddələri rahatca aradan qaldıra bilərsiniz. Meyvə pəhrizi ilə həm artıq çəkidən qurtulacaq, həm də sağlam və gözəl olacaqsınız. 

Meyvə yeməklə 12 günə arıqlayaq

Dietoloqlara görə, pəhrizin ilk 3 günündə yaşıl alma, tam yetişməmiş banan, kivi, armud, ananas, salat kimi yaşıl meyvə və tərəvəz yeyə bilərsiniz. Az miqdarda şəkər və lifi özündə cəmləyən bu meyvələr yeni qidalanma menyusuna yavaş-yavaş alışdıra bilər. Beləliklə, birdən birə dəyişiklik edilmiş menyuya görə yarana biləcək qəbizlik və köp kimi problemlər aradan qalxır.

Digər 3 gündə ərik, şaftalı, yemiş, qreypfurt, portağal, kişmiş kimi vitaminli və şəkər sarıdan bol olan sarı meyvələrlə ürəyiniz istədiyi qədər qidalana bilərsiniz. 

Meyvə yeməklə 12 günə arıqlayaq

Bundan sonrakı 3 gün ərzində  pəhrizinizə qarpız, çiyələk, albalı, qırmızı üzüm kimi qırmızı meyvələr daxil edə bilərsiz. Son 3 gün ərzində isə bütün meyvələrdən qarışıq istifadə edə bilərsiniz. Həm də 3 gün dəyişik meyvə kokteyli də şirniyyat istəyinizin qarşısını ala bilər.

Yaşıl alma: 100 qramında sadəcə 38 kalori var. Almanı qabığı ilə birlikdə yesəniz, diş ətlərini masaj etmiş olarsınız. Bu da dişlərin sağlamlığına xeyirdir.

Banan: 100 qrmında 65 kalori var. Enerji verir, zamanla bağırsaq sistemini nizama salır, sümük ağrılarını azaldır.

Kivi: 100 qramında sadəcə 44 kalori var. Kivi və portağal C vitamini və lifə zəngindir. Bağırsaqları yumuşaldır və fəaliyyətini normallaşdırır.  

Meyvə yeməklə 12 günə arıqlayaq

Armud: 100 qramında sadəcə 35 kalori var. Bağırsaq fəaliyyətini nizama salır və əsəbi sakitləşdirir. Yaxşı yetişməyən armud bağırsaqlarda köp yarada bilər.

Limon: 100 qram limon suyunda sadəcə 6 kalori var. C vitamini və bağırsaq fəaliyyətini nizama salır, antioksidantla zəngindir.

Ananas: 100 qramında sadəcə 40 kalori var. Mədə-bağırsaq sisteminin fəaliyyətinə faydalıdır. 

26 fevral 2014
GO BACK