Qadin.NET / Qarın piylərindən azad olmağın yolları

Qarın piylərindən azad olmağın yolları

Qarın piylərindən azad olmağın yolları

Hər bir xanım gözəl olmaq və həmişə də elə qalmaq istəyir. Amma bilmək lazımdır ki, gözəllik qurban tələb edir. Formada qalmaq, sellülitsiz olmaq istəyirsinizsə, ən gözəl yollardan biri idmandır. Ən gözəl idman ərəb rəqsidir. Bu rəqslə bütün bədən silkələnir, hərəkət edir. Əlbəttə ki, pəhriz də saxlamaq lazımdır. Pəhriz deyərkən ağlınıza ac qalmaq kimi bir şey gəlməsin. Pəhriz saxlamaq az qidalanmaq deməkdir. Yəni un məlumatlarından az yeməyə çalışın. Çalışın qızartma yeməklərə az üstünlük verəsiniz. Meyvəni bütöv yox, 1-2 dilim yeyə bilərsiniz. Yalnız arıqlamaq üçün yox, sağlam qidalanmaq üçün də bunlara əməl etmək lazımdır.  

Qarın piylərindən azad olmağın yolları 

Mütəxəssislər insanların çoxunun qarın piylərini əridə bilməməsinin və yağsız əzələlərə sahib olmamağın 5 əsas səbəbini açıqladı. Əgər siz də göbək ətrafı piylərdən xilas olmaq və qarın əzələlərinə sahib olmaq istəyirsinizsə, budur, əsla etməməniz lazım olanlar:

1. Bir çox adamın sağlam qida kimi xarakterizə etdiyi yeməklər əslində kökəlməyin ən əhəmiyyətli amili olan ara yeməklərdən başqa bir şey deyil. Hətta pəhriz qidaları sektoru da sizi aldatmağa davam edir. 

Qarın piylərindən azad olmağın yolları

2. Qarın məşqləri və qarın əzələlərini inkişaf etdirdiyi deyilən digər alətlər qarın əzələlərinə sahib olmaq üçün ən qeyri-kafi yoldur. Hansı məşqin sizə faydalı ola biləcəyini yalnız mütəxəssislər bilir.

3. Darıxdırıcı məşqlər arıqlamaq və qarın əzələsi etmək üçün ən yaxşı yol deyil.

4. Sürətlə yağ yandıran həblərə və ya buna bənzər digər dərmanlara pul xərcləməyə ehtiyac yoxdur. Təbii qidaların gücünü kəşf  etmək sizin üçün daha çox faydalı olacaq. 

Qarın piylərindən azad olmağın yolları

5. Qarın əzələsi kəmərləri, məşq oturacaqları və reklamlarda gördüyünüz digər qarın əzələsi alətləri vaxt və pul itkisidir. Reklamların əksinə olaraq qeyd etmək istərdik ki, televiziyada gördüyünüz möhtəşəm bədənli modellər bu alətlərdən istifadə etməyiblər. Onların sirri həqiqətən işə yarayan məşqlər və doğru qidalanmadır. Buna görə də reklamlara aldanmayın.

5 fevral 2014
GO BACK