Dünyaya gəlişindən bu günə kimi insanlar öz həyatlarını asanlaşdırmağa səy göstəriblər.
Əvvəlcə odu kəşf etdilər,sonra təkəri,daha sonra avtomobil,telefon,komyuter və s.
Ele ki,insan tədricən təbiətdən ayrılmağa başladı,sağlamlığında da bir çox problemlər çıxmağa başladı.
Azhərəkətli həyat tərzindən artıq çəki,təzyiqdə oynama,ürək-damar rahatsızlıqları yarandı. Bütün bu hərəkətsizləklərdən yaxa qurtarmağın ən yaxşı yolu qacışdır.
Beləliklə,QAÇIŞ orqanəzmi ən effektiv məşqetdirmə üsullarından biridir.Qaçış zamanı insanın ağciyərləri çox effektli şəkildə çalışmaya başlayır ki, bu da orqanizmin hüceyrələrini oksigenlə təmin etməyə kömək edir.Misal üçün,qaçışla bədənlərini məşq etdirmiş idmançılar qaçış zamanı ürəkləri dəqiqədə 180 dəfə vurur ki. bu da ürəkdən 25 litr qan keçməsi deməkdir.
Qaçışa yeni başlayanlar əvvəlcə yürümə ilə bir neçə həftə bədəni alışdırmalıdırlar.
Ən yaxşısı səhərlər 6:30-7:30 arası olan zamanda qaçmaqdır,buna vaxtınız yoxdursa,onda günün istənilən vaxtında yeməkdən 1,5-2 saat sonra qaçmaq lazımdır.
Səhərlər qaçışın belə bir faydası vardır.Səhər saatlarında orqanizmin əsəb və ürək sistemi daha möhkəm olur,artan yüklü hərəkətləri daha yaxşı qəbul edir.
Qaçış üçün həftədə minumum 2 gün və eyni saatları seçmək lazımdır.Çünki orqanizm bu saatlara vərdiş edəcəkdir.