Budur, sizin üçün hazırladığım yumurta sayəsində ac qalmadan tətbiq edə biləcəyiniz bir pəhriz! İllərdir pəhriz saxlayan insanların düşmənidir yumurta. Ancaq ötən illərdə mütəxəssislər yumurtanın "etibarını" yoxladılar və yumurtanın əslində bizi tox tutan möcüzəli bir qida olduğunu sübut etdilər!
Yumurta bizi tox tutan qidaların ən başında durur. Günə başladığımız səhər yeməyindən yumurtanı əskik etməmək lazımdır.
Buyurun, oxuyun, sizinlə paylaşmaq istədiyim pəhriz!
Səhər yeməyi
Səhər qəbul edilən yumurta 36 saat boyunca daha az yemək yemənizi təmin edir. Naharda zülal baxımından zəngin olan yumurta ağını qəbul edin. Səhər yeməyinizdə qəbul etdiyiniz meyvə suları yumurtanın əksinə bir təsir yaradır. Buna görə bunlardan çəkinməyə çalışın.
Nahar yeməyi
Nə olursa olsun günorta yeməyinizi yeyin! 5 saatdan çox ac qaldığınız zaman, bədənə toxluq hissi verən hormonların təsirsiz qalmasına gətirib çıxarır. Bu da sizə növbəti saatlarda daha çox yemək yeməyinizə və artıq kilolar almağınıza səbəb olar! Bir qab salat və tərəvəz günorta yeməyi üçün ideal yeməklərdəndir.
Axşam yeməyi
Axşam yeməyinizi mütləq salat və ya supla başlamağa diqqət edin. Yeməkdə az yağlı ət və ya toyuq seçməyə diqqət edin.
Nələrdən uzaq olmalıyıq?
Spirt həm toxluq hissini gecikdirər, həm də bədəndə yağ yığımına gətirib çıxarar. Spirtdən pəhriz boyunca uzaq durmağa çalışın.
Meyvə suyu, qazlı içkilər və süni dadlandırıcılardan az istifadə etmək lazımdır. Bu da bədəninizdə artıq şəkər ehtiyacı yaradar. Bu səbəbdən ürəyiniz daha çox şəkər istəyər. Buna görə tərkibində süni dadlandırıcı olan içkilərdən uzaq durmağa çalışın.