Qadin.NET / Toy günündə incə görünmək istəyənlər üçün

Toy günündə incə görünmək istəyənlər üçün

Əziz Qadın.Netlilər, aranızda yəqin ki, yaxın vaxtlarda  toyu olacaq xanımlar çoxdur. Baharın gəlməsi və havaların istiləşməsi ilə birlikdə toy mövsümü də başlayır. Nağıl kimi toyunuzda sizi məyus edən yeganə səbəbin istədiyiniz gəlinliyi geyə bilməməyinizdirsə, heç də ümüdsizliyə qapılmayın. O zaman bu yazı sizlər üçündür. Əgər istədiyiniz gəlinliyi çəkinizin bir az artıq olması səbəbindən geyinməyəcəyinizi düşünürsünüzsə, qətiyyən üzülməyin. Bir az hərəkət etsəniz, sağlam və incə gəlin olmağınız mümkündür. Qidalanma və pəhriz eksperti Gizəm Şəbər gəlin olmağa hazırlaşan qızlara qısa vaxt ərzində sağlam arıqlamanın 7 qızıl açarını təqdim edir. 
Toy günündə incə görünmək istəyənlər üçün 

1-ci açar: Səhər yeməyi

Günə səhər yeməyi yemədən başlayanların piylənmə riskinin daha çox olduğunu yadınızdan çıxartmayın. 1-2 dilim pendir, turş tərəvəzlər və 1-2 dilim  buğda çörəyindən ibarət olan səhər yeməyi mədə-bağırsaq sistemini hərəkətə gətirir. Səhər yeməyinə vaxtınız yoxdursa, 1 stəkan süd və ya meyvə ideal bir seçimdir.

2-ci açar: Ara yeməklər

Yemək yedikdən 3 saat sonra qandakı şəkər düşməyə və mədə-bağırsaq sistemi işini yavaşlatmağa başlayır. Bu vəziyyətin qarşısını almaq üçün əsas yeməklərin arasında 2-3 saat fasilə ilə ara yeməkləri də əlavə edin. Bu vaxt ərzində evdə olmursunuzsa, çantanızda 1-2 ədəd təzə və ya quru meyvə saxlayın. 

Toy günündə incə görünmək istəyənlər üçün 
3-cü açar: Tərəvəzlər

Gün ərzində və ya gecələr televizor izləyərkən iştahınız artırsa, özünüzü çox ac hiss edirsinizsə, bişməmiş tərəvəzlər yeyin. Tərəvəzlərdə kalori az olduğu üçün çəkinmədən yeyə bilərsiniz.

4-cü açar: Taxıl məhsulları

Buğda və çovdar çörəyinin arıqlamada böyük rolunu bir çox araşdırmalar sübut etmişdir. Buna görə də ağ çörək əvəzinə buğda və ya qara çörək yeyin.

Toy günündə incə görünmək istəyənlər üçün 

5-ci açar: Su

Yeməyə başlamazdan əvvəl 1 stəkan su için. Bu, özünüzü daha tox hiss etməyinizə və az miqdarda yeməyinizə kömək edəcək.

 6-cı açar: Hərəkət

Gün ərzində çoxlu enerji sərf edin. İdman etmək imkanınız varsa, bunu qaçırmayın. Əgər idman etməyə vaxt tapa bilmirsinizsə, onda gün ərzində 1 saat gəzin. Amma mağazalarda vitrinlərə baxa-baxa gəzməyinizi bu vaxta qatmayın. Çünki, gəzinti ilə piyləri əridə bilmək üçün ən azı 30 dəqiqə dayanmadan yerimək lazımdır. 

7-ci açar:Kökəlmə toxumalarının azaldılması

Araşdırmalara görə, pəhrizdə kökəlmə toxumalarını azaltmaqla qarın nahiyəsində olan piylərdən azad olmaq olar. Buna görə gün ərzində ən azı 5 porsiya meyvə-tərəvəz yemək lazımdı. Ağ çörək və ağ un məmulatlarından hazırlanan qidalardan bacardıqca az istifadə etmək məsləhət görülür.

Əziz xanımlar, hər birinizə toy gününüzdə incə və gözəl görünməyi arzulayıram.

 

4 aprel 2013
GO BACK