Hər yaşda olan qadının öz siluet problemi var.Çünki,hər yaşın öz əzələ quruluşu var.Bəs hər yaşda arıqlayıb və ya ideal çəkini necə saxlamaq olar?
31-41 yaş
Problem:
Bu yaşda qadınlar az yesələr də kökəlirlər.Səbəb isə,əzələ çəkisinin artımıdır.Bu zaman qəbul edilən kalori əzələyə sərf olunur və onun çəkisi artır.Maddələr mübadiləsi pozulur.
Həlli:
Ona görə də hər gün yediklərindən,əsasən də çörəkdən bir az azaltmaq lazımdır.Məhz,bu yaşdan başlayaraq qadınların əzələləri boşalmağa və sallanmağa başladıqca ,onların çəkisi də çoxalır.Mütləq idmanla məşqul olmaq lazimdır.Həftədə 4 dəfə olmaqla,40-60 dəqiqə aramla qaçmaq arıqlamaq üçün ən gözəl vasitədir.
41-51 yaş
Bu yaşda əzələ boşalması və ağırlaşmasından əlavə,orqanizm həm də piy ehtiyatı yığmağa başlayır.Amma problem odur ki,nə damarlar,nə də vətərlər cavanlıqdakı kimi elastikdir.Çünki,sümüklər kalsium itirir.
Həlli:
Sümükləri,əzələləri,damar divarlarını möhkəmləndirən idman növü ilə (piyada gəzmək,velosiped,xizək sürmək) məşqul olmaq lazımdır.Bu cür gərgin idman 300-600 kkal "yandırır".Rəqs və hoppanmaq tələb edən idman növləri ilə məşqul olmaq düzgün deyil.Çünki sümüklər və onurğa ağrıya bilər.
51-61 yaş
Problem:
Əgər,bu yaşa kimi idmanla məşqul olmamısınızsa hələ də gec deyil.Çünki,bu yaşda hər qadın orqanizminə ildə 1-2 kq piy əlavə edir.Bu yaşda təkcə əzələ,sümük,damarlar yox,ürəyi də qorumaq lazımdır.
Həlli:
Aerobika,gərgin hərəkətlər tamamilə qadağan olunur.Ancaq yoqa və üzgüçülüklə məşqul olun.İdman əvəzinə isindirici hərəkətlər etmək məsləhətdir.İdman etmək istəsəniz həftədə 4-5 dəfə olmaqla,30-40 dəqiqə edin.
61 yaşdan sonra...
Bu yaşda artıq çəki insanı maraqlandırmır.Əsas problem limfa düyünlərinə su yığılır,orqanizm ödəmdən əziyyət çəkir.Amma bircə şeylə öyünmək olar ki,sümüklərdə kalsium itkisi ləng getməyə başlayır.
Həlli:
İsinmə hərəkətləri etmək və hovuzda üzmək limfa düyünlərini rahatladır,bədəndən suyu xaric edir.Su həm də sellilüti yox edir.Həftədə 3-4 dəfə olmaqla,30 dəqiqəlik idman sizə kifayət edər.