25 yaşından sonra yemək vərdişləri və hormonal tarazlıqlar dəyişir. Hərəkətsiz həyat və nizamsız yuxu da buna əlavə olunduqda maddələr mübadiləsinin sürəti yavaşlayır və bədəndə yağ nisbəti artır. Beləliklə, kökəlmək qaçılmaz olur. İstirahət vəziyyətində orqanların çalışması, bədən istiliyinin qorunması kimi həyati fəaliyyətlərin davam etdirilməsi üçün lazımlı olan məcburi enerji xərcləməsinə maddələr mübadiləsinin sürəti deyilir. Bu sürətin zamanla düşdüyü bir həqiqətdir. Bu eniş çox yemək iyeməyə səbəb olur, hətta pəhriz saxlanmasına baxmayaraq, arıqlamağa da mane olur. Yaş, cins, yuxu müddəti, mütəmadi aclıq halı, qızdırmayla müşayiət olunan xəstəliklər, fiziki fəaliyyət kimi amillər və hormonlar da maddələr mübadiləsinin sürətinə təsir edə bilər. 25 yaşından sonra azalan bu sürət kökəlməyə səbəb ola bilər.
25 yaşından etibarən formada qalmaq üçün nə etmək lazımdır?
Tez-tez və az-az qidalanmaq, nə olursa-olsun, pay ötürməmək, həddindən artıq duz, şəkər və yağlı qidalardan qaçmaq şərtdir. Təbii ki, siqaret və spirtli ickilərdən uzaq dayanmaq lazımdır. Pəhrizlərdə bol su və mayeli qidalardan istifadə etmək, lifli qidaların (quru paxlalılar, kəpəkli taxıllar, tərəvəz və meyvələr kimi) istifadə etmək formada qalmaq üçün əhəmiyyətlidir.
Hansı müayinə və testlər edilməlidir?
Terapevt və ya endokrinoloq tərəfindən aparılacaq kliniki müayinədən sonra əldə edilən qanın təhlilindən sonra pəhriz proqramı təyin edilir.
Məşq və həyat tərzi dəyişikliyi həyata keçirilir.Müalicəyə dəstək məqsədilə qida pəhrizi, dərman müalicəsi və ya cərrahi müalicə tətbiq oluna bilər. Müəyyən bir çəki itkisinin ardından çəki tənzimləmə proqramı təyin edilir. Bu əsnada həkim tərəfindən təkrar aparılan biokimyəvi testlər tələb edilə bilər.