Qadin.NET / Halqa ilə belinizi incəldin

Halqa ilə belinizi incəldin

Halqa ilə belinizi incəldin

Əgər siz belinizin daha da incə olmağını istəyirsinizsə, arıqlamaq üçün nəzərdə tutulmuş xüsusi  halqalardan istifadə edin. İncə bel gözəl görünüşlə yanaşı,sizə özünə inamı,güvəni artıracaq xoş əhval-ruhiyyə bəxş edəcək.Əgər halqa ilə müntəzəm olaraq məşğul olsanız, yaxşı nəticə əldə edərsiz. Məşqləri  hər axşam 15 dəqiqə sevimli musiqi sədaları altında etmək məsləhətdir. Ümumi prinsiplə halqanı belinizdə oynatdıqda əzələlər gərgin vəziyyət alır, o zaman nəfəsiniz alın. Məşq vaxtı belinizi boş buraxın.

Halqaların bir neçə növü var:

Adi - yüngül dəmirdən və ya polietilendən

Ağır - belə halqalar içi qumla və ya duzla doldurulmuş (mənim halqam) 0.5-2kq arası olurlar. Belinizi aktiv masaj edir və istədiyiniz nəticəni əldə etməkdə təminat verir. 

Masaj halqası - New body Health Hoop-çəkinizi azaltmaq üçün ən effektiv trenajor növüdür. Qarın, kürək, bel və omba əzələlərinin möhkəmlənməsinə səbəb olur. Hətta bəzi qadın xəstəliklərinin sağalmasında böyük rolu var.

Diqqət! Halqa oynatmaq hər kəsə məsləhət görünmür,mütləq həkiminizlə məsləhətləşin. 

Özünüzə vaxt ayırın və hər zaman sağlam formada olun!

15 avqust 2012
GO BACK