Qadin.NET / Boyunuza görə ideal kilo necə hesablanır?

Boyunuza görə ideal kilo necə hesablanır?

İdeal kilo, sağlamlıq problemlərinə səbəb olmayan, hər hansısa bir xəstəlik yaranarsa, tez sağalmağa kömək edən və həyat keyfiyyətini yaxşılaşdıran “sağlıqlı kilo aralığıdır”. Bəs ideal kilonu necə müəyyən etmək lazımdır? İdeal çəkinizi hesablamaq son dərəcə asandır. Bunun üçün sadəcə boyunuzu və kilonuzu bilməyiniz kifayətdir. Hesablama belə olur, məsələn boyunuz 1.70 m və kütləniz 60 kiloqramdırsa, 60/(1.70x1.70). Yəni kütlənizi boyunuzun kvadratına bölürsünüz. Göstərdiyimiz nümunədə cavab təxminən 20.8 alınır. Əgər bu rəqəm,


18.4-dən aşağıdırsa:
Zəif Boyunuza görə kilonuz çox yetərsizdir. İnsanın arıq və zəif olması ideal çəkidə olduğu mənasına gəlmir. Belə insanlarda ən önəmli risk immunitetin zəifləməsidir. İnfeksiyalara tez yoluxub, gec sağalırlar.
18.5 – 24.9 aralığı:


İdeal kilo Bədən kütlə indeksinin bu aralıqda olması kilonuzun ideal olduğu mənasına gəlir. Düzgün və sağlam qidalanıb, idman edərək çəkinizi qoruyun.
25.0 – 29.9 aralığı:
Artıq çəkili Bədən kütlə indeksiniz bu aralıqdadırsa, çəkiniz artıqdır. Artıq çəki sağlamlığınızı risk altına alacaq qədər böyümədən tədbir görməlisiniz.


30-dan çoxdursa, bu obez olduğunuz mənasına gəlir. Çəkiniz sağlamlığınızı risk altına alaraq təhlükə yaradır. Diyetoloqlardan kömək alaraq çəki itirməyə çalışmalısınız.

27 mart 2021
GO BACK