Elmdə sübut olunub ki, bəzi məhsullar orqanizmdə yığılan piylərin "yandırılmasını" sürətləndirir və nəticədə arıqlamağa kömək edir.
Arıqlamaq istəyən insanlar öz qidalanmasına bu məhsulları daha tez-tez daxil etməlidirlər.
Qreypfrut
Bu meyvə piylərin parçalanmasını sürətləndirir.
Ananas
Bu ən tanınmış "arıqladan" meyvədir.
Ananasın tərkibində olan "bromelayn" maddəsi həqiqətən həzm və maddələr mübadiləsi proseslərini sürətləndirir, arıqlamağa kömək edir. Diyetoloqlar ananası qida qəbulundan sonra yeməyi tövsiyə edirlər.
Yaşıl çay
Yaşıl çay digər faydalı xüsussiyyətlərlə yanaşı artıq çəki yığmamağa kömək edir. Məhz bu səbəbdən yaşıl çay populyar olan ölkələrdə piylənmədən əziyyət çəkən insanların sayı daha azdır.
Zəncəfil
Qan dövranını və maddələr mübadiləsini yaxşılaşdırır, arıqlamağa kömək edir. Arıqlamaq istəyənlər hər gün 1 fincan zəncəfilli çay içməlidir. Bunun üçün 3-4 sm uzunluqda olan təzə zəncəfil tikəsi sürtgəcdən keçirilir və 200 qr qaynar suda dəmlənilir. Dəmləmə soyuduqda 1 dilim limon və 1 çay qaşığı bal əlavə edin və için. Bu sadə vasitə orqanizmi möhkəmləndirir, təmizləyir, arıqlamağa kömək edir.
Darçın
Həzm proseslərini yaxşılaşdırır, piylərin parçalanmasını sürətləndirir.
Qırmızı istiot
Ən tanınmış "arıqladan" ədviyyatdır. 1 stəkan kefirə 1 çimdik qırmızı istiot əlavə edin, qarışdırın və axşamlar yatmazdan əvvəl için.
Su
Orqanizm susuzlaşdıqda bütün mübadilə prosesləri ləngiyir. Əksinə isə suyun normal miqdarda qəbulu mübadilə proseslərini yaxşılaşdırır. Gün ərzində 1,5-2 l təmiz su içmək lazımdır (təbii ki, buna əks-göstərişlər olmadıqda).