Avstraliyanın məşhur fitnes təlimçisi Belinda Norton arıqlamağın yollarından danışıb.
“Daily Mail”ə danışan mütəxəssis mətbəx şkaflarının düzgün təşkil olunmasının vacibliyini qeyd edib. 43 yaşlı Norton mətbəxi təmizlədikdən sonra yemək vərdişlərinin dəyişdiyini və sağlamlığının yaxşılaşdığını iddia edib.
“Şkaflara gündə təxminən 50 dəfə baxırıq, bu, gözlərimizə və mədəmizə təsir göstərir”, - ekspert qeyd edib.
Norton mətbəx şkaflarının düzgün təşkil edilməsinin daha təsirli olduğunu, idman və ya pəhrizdən daha sürətli arıqlamağa kömək etdiyini vurğulayıb. O, qida məhsullarını rəflərə aşağıdakı şəkildə qoymağı tövsiyə edir: “Faydalı qidaları görünən yerlərə qoyun. Aşağı rəflərdə daha az ehtiyac duyulan məhsulları - taxıl, paxla və makaronu yerləşdirin.
Əsas sirrim faydalı qidaları göz önündə saxlamaqdır. Rəfləri bu cür məhsullarla doldurduğunuz zaman düzgün seçim etmək şansınız daha yüksəkdir. Beləliklə, arıqlamaq daha əlverişlidir. Şkaflardakı nizam sağlamlığınız və rifahınız üçün çox vacibdir. Bu bizə yalnız ehtiyac duyduğumuz qidaları qəbul etməyə kömək edir və pula qənaət edir”.
Fitnes təlimçisi arıqlamağın altı sirrini açıb. O, stressdən yemək və şirniyyat sayəsində xilas olmamağı, daha çox salat və ya tərəvəz yeməyi, rəfinə edilmiş qidaların miqdarını azaltmağı məsləhət görür. Başlıcası, daha çox hərəkət etməyi, yeməkdən əvvəl su içməyi və lazımi miqdarda yeməyi tövsiyə edir.
publika.az